Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA)

Region Liqasının yarımfinalçılarının qarşılaşacağı vaxt məlum oldu

76
(Yenilənib 12:11 19.04.2019)
Yarımfinal mərhələsi bir oyundan ibarət olacaq

BAKI, 19 aprel — Sputnik. AFFA-nın təşkil etdiyi Region Liqasının 2018/2019-cu il mövsümünün yarımfinal oyunları keçiriləcək. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yarımfinal mərhələsi bir oyundan ibarət olacaq.

Qarşılaşmalar 22 aprel tarixində keçiriləcək. Binə stadionunda 12:30-da "Uğur"la (Sumqayıt) "Araz Naxçıvan" qarşılaşacaq. "FC Baku" və "Şahdağ" (Qusar) komandaları isə 14:00-da "Kapital Bank Arena"da üz-üzə gələcək.

76
Teqlər:
oyun, yarımfinal, AFFA
Əlaqədar
Futbol azarkeşlərinin diqqətinə!
Futbol oyunu zamanı qəribə olay baş verdi: Hakim öz həmkarına....
Azərbaycanlı futbolçu azarkeşlərdən üzr istədi
"Spartak"dan Azərbaycan əsilli futbolçuya rekord cəza
Bobbi Çarlton, arxiv şəkli

Daha bir canlı tarix əbədiyyətə qovuşdu

10
(Yenilənib 15:19 11.07.2020)
Cek Çarlton Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub

BAKI, 11 iyul — Sputnik. Britaniya yığmasının keçmiş futbolçusu Bobbi Çarltonun böyük qardaşı Cek Çarlton 85 yaşında vəfat edib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, idmançı uzun sürən xəstəlikdən dünyasını dəyişib. Bu barədə onun 23 il müddətində çalışdığı "Lids" futbol klubundan məlumat verilib.

Çarlton ümumilikdə 773 oyunda iştirak edib. Futbolçu Böyük Britaniya çempionatında, Böyük Britaniya Kubokunda, Böyük Britaniya superkibokunda, İngiltərə Liqa Kuboku və Sərgilər Kubokunda qələbə qazanıb.

O, böyük Britaniya yığmasının tərkibində qardaşı ilə birlikdə 1968-cı il Avropa çempionatının bürünc mükafatçısı və 1966-cı ildə dünya çempionu olub.

O eyni zamanda "Şeffild Uensdey", "Midlsbro" , "Nyukasel" klublarlnda məşqçi kimi çalışıb.

İrlandiya millisinin məşqçisi kimi komandanı 1990 və 1994-cü illər dünya çempionatlarının finallarına aparıb.

10
Canni De Byazi, arxiv şəkli

Tək gəlmir: de Byazi köməkçilərini gətirəcək

3
De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq

BAKI, 11 iyul – Sputnik. Azərbaycan millisinin baş məşqçisi postuna təyinatı gözlənilən Canni de Byazi ölkəmizə tək gəlməyəcək.

Sputnik Azərbaycan İtaliya mətbuatına istinadən xəbər verir ki, 64 yaşlı mütəxəssisin məşqçilər korpusunda 2 italyan yer alacaq.

Artıq həmin şəxslərin adları da məlumdur. De Byazi AFFA ilə müqavilə imzalayacağı təqdirdə, həmyerliləri Benito Karbone və Klaudio Belluçi ona köməkçi təyin olunacaq. Hər iki mütəxəssis futbolçu karyerası ərzində İtaliyanın bir neçə yüksək liqa klubunun formasını geyinib. Karbone 2010, Belluççi isə 2014-cü ildə məşqçilik karyerasına başlayıb. 49 yaşlı Karbone son olaraq 2016/17 mövsümündə "Ternana"nın baş məşqçisi olub. 45 yaşlı Belliççi də aşağı liqa klublarında fəaliyyət göstərib. O, axırıncı dəfə 2018/19 mövsümündə "Albissola"ya rəhbərlik edib.

Qeyd edək ki, Arif Əsədov AFFA tərəfindən yığmaya yenidən köməkçi-məşqçi təyin olunub.

3
Londonda küçələrin birində, arxiv şəkli

Min illərin sirli qətlinin üstü açıldı

0
(Yenilənib 00:04 12.07.2020)
Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb.

BAKI, 12 iyul — Sputnik. Böyük Britniyada sürətli bir yol çəkmək üçün layihə üzərində çalışan arxeoloqlar, dəmir dövrünə aid insan skeleti tapıblar.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, insan qalıqlarının üzü üstə olması və əllərinin arxadan bağlı olması onun qətlə yetirildiyini sübut edir. Bu barədə layihənin rəsmi saytında məlumat verilib.

Vendover yaxınlığındakı Uelvik fermasında aparılan qazıntılar zaman kişi skeleti tapılıb. O üzü üstə yerə basdırılıb və əlləri kürəyinin arxasına bağlanıb. Bu cür qeyri-adi dəfn üsulu insanın qətl və ya edam qurbanı olduğunu göstərir.

Doktor Reyçel Vuud tapıntını sirli adlandırıb. O, mütəxəssislərin bu ölümün səbəbləri barədə məlumat verə biləcəyinə ümid etdiyini bildirib.

Bununla yanaşı, arxeoloqlar bu ərazidə neolit ​​dövründən orta əsrlərə qədər dörd min il davam edən qədim insanların fəaliyyətlərinin izlərini aşkar ediblər. Belə ki, burada Stounhencə bənzəyən taxtadan hazırlanmış diametri 65 metr olan dəyirmi abidə tapılıb.

Digər maraqlı bir tapıntı, bir qurğuşun tabutdakı skelet olub. Alimlərin fikrincə, bu şəxs yüksək statusa sahib olub. Çünki belə bir bahalı dəfn üsulunu ödəmək üçün imkanları olmalıdır.

0