Dopinq

Daha bir idmançımızda dopinq aşkarlandı

94
(Yenilənib 13:15 16.04.2019)
Elmar Alıyevin cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq

BAKI, 16 aprel — Sputnik. Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) dopinqə görə Azərbaycanın daha bir idmançısına sanksiya tətbiq edib.

Sputnik Azərbaycan Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dopinq-testi müsbət nəticə verən Elmar Alıyev 4 il müddətinə diskvalifikasiya olunub. İdmançının orqanizmində qadağan olunmuş "Urine substitution" ("M2. Chemical and Physical Manipulation") peraparatı tapılıb.

56 kq çəkidə çıxış edən Elmar Alıyevin cəzası 12 sentyabr 2018-ci ildən qüvvəyə minib və 12 sentyabr 2022-ci ildə başa çatacaq.

 

94
Teqlər:
idmançı, dopinq
Əlaqədar
Azərbaycanlı idmançı Rusiyada dopinq qəbul edib
İdmançımızla bağlı dopinq qalmaqalına aydınlıq gətirildi
Dopinq problemi gündəmə gəldi
Olimpiadada ilk dopinq qalmaqalı baş verdi
“Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu

Təxirə salınan "Polad Kuboku"nun final oyunu baş tutdu - FOTO

95
Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.

BAKI, 21 iyun — Sputnik. Lənkəranda 9 aylıq fasilədən sonra Tovuz döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr olunan "Polad Kuboku" mini-futbol çempionatının final oyunu baş tutub. Çempionata 16 komanda qatılsa da, sadəcə “Şağlaser” və “Master 114” komandaları final mərhələsinə gələ biliblər.

Gərgin final oyunu “Master 114” komandasının 1:2 hesablı qələbəsi ilə başa çatıb. Final oyunundan sonra çempionatda fərqlənən futbolçulara və turnirdə 1, 2 və 3-cü yeri tutan komandalara medallar və qiymətli hədiyyələr təqdim edilib.

Mini-futbol turniri pandemiya şəraitinin qaydalarına uyğun olaraq keçirilib və iştirakçı komandaların da qaydalar çərçivəsində hərəkət etmələrinə xüsusi diqqət yetirilib.

© Sputnik / Rahim Murad
“Polad Kuboku” mini-futbol çempionatının əsas mükafatı

Çempionatın təşkilatçılarından biri Famil Məmmədovun Sputnik Azərbaycan-a bildirdiyinə əsasən, bundan sonra da oxşar tədbirlər təşkil edəcəklər: “Polad Kuboku” mini-futbol çempionatı Böyük Zəfərə aparan Tovuz döyüşlərinə həsr olunub. Çempionat ötən ilin sentyabr ayında başlanmışdı. Vətən müharibəsi başladığı ilk gündən onu dayandırmalı olduq. “Polad Kuboku”nun həm təşkilat üzvlərindən, həm də çempionatda iştirak edən komandaların üzvlərindən Vətən müharibəsində könüllü olaraq iştirak edənlər oldu. Çox şükür ki, hamısı sağ-salamat geri qayıtdı. Bu gün də çempionatımızın final oyunu baş tutdu. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Mammadov
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Murad
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Murad
  • “Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu
    © Sputnik / Rahim Murad
  • “Polad Kuboku” mini-futbol çempionatının əsas mükafatı
    © Sputnik / Rahim Murad
  • “Polad Kuboku” mini-futbol çempionatının qalibi “Master 114” komandasına kubokun təqdimedilmə mərasimi
    © Sputnik / Rahim Murad
1 / 6
© Sputnik / Rahim Mammadov
“Polad Kuboku” mini-futbol çempionatında “Şağlaser” və “Master 114” komandaları arasında final matçında oyun epizodu

F.Məmmədov onu da bildirdi ki, çempionatın əsas məqsədi Tovuz döyüşləri zamanı Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini yad etmək və eyni zamanda milli vətənpərvərlik ruhunda olan gəncləri bir araya toplamaq idi.

Eləcə də oxuyun:

95
Teqlər:
final, kubok, çempionat, futbol, Lənkəran
Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Türkiyə-İsveçrə matçında oyun epizodu

Türkiyənin göz yaşları, Uelsin rəqsi: Bakıda AVRO-2020 qrup mərhələsinə yekun vurulub

4
(Yenilənib 17:31 21.06.2021)
RİA Novosti agentliyinin müxbiri Aleksandr Roqulev futbol üzrə Avropa çempionatının qrup mərhələsinin Bakıda keçirilən oyunlarının yekunlarını şərh edir.

Bakıda İsveçrə və Türkiyə komandaları arasındakı oyunla Avropa çempionatının qrup mərhələsinə yekun vurulub. Azərbaycan paytaxtı "A" qrupundakı 6 oyundan üçünə uğurla ev sahibliyi edib və sabahdan iyulun 3-də keçiriləcək AVRO-2020 ¼ final oyununa hazırlaşacaq.

Türk sahili

Azərbaycan paytaxtı əslində Türkiyə futbolçuları üçün elə öz evləri kimi idi. Burada Şenol Günəşin komandasına çox ümid bəsləyirdilər. Türklər Avropa çempionatının seçmə mərhələsini uğurla keçərək, digər komandalarla yanaşı? həm də Fransa millisini də məğlub etmişdilər. Onların heyətində Avropa səviyyəli bir neçə ulduz da vardı və turnirdən əvvəl ən azı yarımfinala namizəd komanda kimi nəzərdən keçirilirdilər.

Türkiyə Azərbaycan üçün ən yaxın silahdaş və qardaş ölkədir. Paytaxtda Türkiyə bayraqlarını hətta Avropa çempionatı olmasa belə, hər addımda görmək olar. Təbii ki, onların oyununa bütün biletlər satılmışdı. Olimpiya stadionu 50% doldurula bilərdi (34 min tamaşaçı).

© Sputnik / Murad Orujov
Əllərində Azərbaycan və Türkiyə bayraqları olan azarkeşlər Bakı Olimpiya Stadionunun qarşısında

Odur ki "ay-ulduzlular"ın çıxışından məyusluq da daha güclü idi. Türklər Bakıya İtaliya millisinə Romada 0:3 hesabı ilə məğlubiyyətdən sonra gəlmişdilər. Günəşin sözlərinə görə, Türkiyə futbolçuları hətta Uels yığması ilə oyunun birinci hissəsində də bu zərbədən oyana bilməmişdilər. Nəticədə 0:2 hesabı ilə başa çatan, lakin tam darmadağınla da nəticələnə biləcək oyun. İsveçrə millisinə qarşı son turun oyunu da eyni cür başa çatıb – 1:3, nəticə bundan da ağır ola bilərdi.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz buraya yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", - deyə Şenol Günəş bildirib.

İndi isə AVRO-2020 Azərbaycanda təşkilat komitəsi Rusiya millisinin çempionatda çıxışını diqqətlə izləyir. Ehtimal var ki, Stanislav Çerçesovun yetirmələri ¼ finala çıxa bilsələr, komanda oyununu məhz Bakıda keçirə bilər. Bu halda azərbaycanlılar? nəhayət ki, şəhərin küçələrində turist kütlələrini görə və Avropa çempionatının əsl əhvali-ruhiyyəsini hiss edə biləcəklər.

Fəth edilməmiş Uels

Nə qədər təəccüblü görünsə də, Azərbaycan torpağı hamıdan çox Uels millisinə uğur gətirib. Britaniyalıları turnirdən əvvəl "A" qrupunun üçüncü yer tutmasına az ehtimal olan autsayderi adlandırırdılar. Tərəddüdlərin əsas səbəbi komandada nəsil dəyişməsi və baş məşqçi ilə bağlı qarmaqarışıqlıq idi. Əfsanəvi məşqçi Rayan Giqqs futbolla əlaqədar olmayan bir səbəb üzündən komandadan uzaqlaşdırıldı. Onun köməkçisi Ropert Peycin isə top-komandalarla kifayət qədər iş təcrübəsi yox idi.

© Sputnik / Murad Orujov
Türkiyə millisinin müdafiəçisi Zeki Çelik (qırmızı formada) və Uels komandasının yarımmüdafiəçisi Daniel Ceyms Bakı Olimpiya Stadionunda AVRO-2020-nin qrup mərhələsi çərçivəsində keçirilən Türkiyə-Uels matçında

Buna baxmayaraq, İsveçrə komandası ilə qarşılaşmada (1:1) uelslilər sübut etdilər ki, hazırkı çempionata boş yerə gəlməyiblər. Təşəbbüsü rəqibə verərək, Uels yığmasının müdafiəçiləri təzyiqə davam gətirdilər və buraxılmış qoldan sonra cavab topunu da vurdular. Oyunun qəhrəmanı isə adi komandalardan biri olan "Suonsi" klubunun oyunçusu Kiffer Mur oldu. Birinci hissədə onun qaşı toqquşma nəticəsində paralandı və buna görə də başına sarğı qoyulmalı oldu. Elə sarğılı başı ilə Mur fasilədən sonra topu rəqib komandasının qapısına göndərərək, Britaniya mətbuatının yazdığı kimi, öz transfer qiymətini 10 milyon funt-sterlinq artırdı.

"İndi mən ən xoşbəxt uelsliyəm. Baş verənlərin bir hissəsi olduğuma görə xoşbəxtəm. Bugünkü oyunda qələbə tamamilə oyunçuların sayəsində əldə olunub. Mən sizi elə indi soyunub-geyinmə otağına aparardım ki, bu gözəl kollektivi görəsiniz. Bu çox güclü kollektivdir. Burada hər kəs komanda və ölkə naminə şüşə qırıntıları üzərində gəzməyə də hazırdır", - deyə Peyc ikinci oyundan sonra deyib.

İsveçrə pley-off mərhələsinə can atır

Bakıda iki oyun keçirmiş üçüncü komanda İsveçrə millisidir. Vladimir Petkoviçin komandasını "kafi" qiymətləndirmək olar. Xüsusilə də, komanda pley-off mərhələsinə çıxa bilsə. İkinci hissədə Uels yığmasına hesabı bərabərləşdirməyə imkan verərək isveçrəlilər rəqibi sıxışdıra bilmədilər. Əvəzində isə türklər üzərində inamlı qələbə qazandılar. Üç oyunun nəticəsinə görə? İsveçrə millisinin 4 xalı var, top fərqi isə 3-dür (əgər yalnız İtaliya və Uels komandaları ilə oyunu nəzərə alsaq). Bundan əlavə? komandanın 1/8 finala çıxmaq şansları da pis deyil.

"Qrup mərhələsinə yekun vuraraq deyə bilərəm ki, Uels (1:1) və Türkiyə (3:1) komandaları ilə oyunlarda biz üstün idik. İtalyanlarla oyunda isə (0:3) biz əsl top-yığma komanda ilə qarşılaşdıq. Ümid edirik ki, mübarizəni davam etdirmək üçün dörd xal kifayət edəcək", - deyə Petkoviç bildirib.

Болельщики сборной Уэльса возле Олимпийского стадиона перед началом матча 1-го тура группового этапа чемпионата Европы по футболу 2020 между сборными Уэльса и Швейцарии.
© Sputnik / Murad Orudzev
Bakı Olimpiya Stadionunun qarşısında Uels yığmasının azarkeşləri

Ümumilikdə, qrup mərhələsinin Bakıda keçirilən oyunlarında hansısa xoşagəlməz hadisə baş verməyib. Azərbaycan paytaxtı iri miqyaslı tədbirlərə ev sahibliyi etməyi bacarır və AVRO-2020 də istisna deyil.

Hətta oyunlardan sonra metro girişində "tıxac" problemi də operativ şəkildə həll olunmuşdu – Azərbaycan polisi məharətlə İsveçrə-Türkiyə oyunundan sonra insan axınını ayırırdı ki, onlar bir-birini tapdalamasınlar. Təəssüf ki, stadionun tuta biləcəyi 65 min tamaşaçını deyil, cəmi 17 min nəfəri ayırmaq lazım gəldi. Bakı Olimpiya Stadionunun tutumu məhdudlaşdırılmışdı, Bakıda oyunlar da elə böyük maraq doğurmamışdı.

Əslində, Bakıda heç kim böyük futbol turnirinin atmosferini hiss etməyə macal tapmadı. Bunun əsas üç səbəbi oldu: AVRO azarkeşləri müxtəlif şəhərlərin arasında parçalanıblar, Türkiyə millisinin uğursuz çıxışı, habelə koronavirus məhdudiyyətləri. Azərbaycan iyunun 10-dan etibarən ölkəyə giriş-çıxış qaydalarını xeyli sadələşdirdi, lakin artıq çox gec idi – bir çox potensial turistlər Bakıya sonra da gedə biləcəklərini düşünərək səyahət fikrindən əl çəkdilər. Bakıya isə heç olmazsa ömründə bircə dəfə də olsa gəlmək lazımdır.

4

Türkiyədən AVRO-2020 ilə bağlı Azərbaycana müraciət: Əla qardaşlıq ruhu göstərdiz

0
(Yenilənib 21:12 21.06.2021)
Türkiyə Futbol Federasiyasında qeyd ediblər ki, AVRO-2020 təşkilatçılarının qonaqpərvərliyi bir daha Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" olduğunu sübut edib.

BAKI, 21 iyun — Sputnik. Türkiyənin Futbol Federasiyası bu ölkənin milli komandasının AVRO-2020 çərçivəsində Bakıda keçirilən oyunlar zamanı ona göstərilən qonaqpərvərliyə görə Azərbaycana minnətdarlığını ifadə edib. Bu barədə Sputnik Azərbaycan Federasiyanın saytına istinadən xəbər verir.

"Dost və qardaş ölkə olan Azərbaycan AVRO-2020 prosesində və Bakıda oynadığımız iki oyunda tribunaları qırmızı-ağ rənglərlə dolduraraq əla qardaşlıq ruhu göstərdi. Milli komandamıza, Federasiyamıza və bütün Türk xalqına böyük dəstək göstərən və bizi ən yaxşı şəkildə qəbul edən Azərbaycan, "bir millət, iki dövlət" olduğumuzu dərindən hiss etdirdi", - deyə Federasiyanın bəyanatında deyilir.

Daha sonra bəyanatda Türkiyə-Uels oyununu (0:2) Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyevin də ziyarət etdiyi deyilir və Azərbaycan Futbol Federasiyasının prezidenti Rovnaq Abdullayevə təşəkkür ifadə olunur.

Türkiyə millisi koronavirus pandemiyası üzündən bir il təxirə salınmış Avropa çempionatında uğusuz çıxış edib. "A" qrupunda Şenol Günəşin yetirmələri Romada İtaliya millisinə (0:3), Bakıda isə Uels (0:2) və İsveçrə (1:3) milli komandalarına məğlub olub.

Onu da qeyd edək ki, Türkiyə komandasının üzvləri artıq Avropa çempionatında çıxışlarını bitirərək Azərbaycan paytaxtını tərk ediblər.

AVRO-2020 Bakı oyunları

Bakı Olimpiya stadionunda ümumilikdə dörd oyunun keçirilməsi nəzərdə tutulub. "A" qrupunda iyunun 12-də İsveçrə-Uels (1:1), iyunun 16-da Türkiyə-Uels (0:2), iyunun 20-də İsveçrə-Türkiyə (3:1) oyunları artıq keçirilib. Bundan əlavə iyulun 3-də isə burada AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

0