Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Dünyaca tanınmış reper Bakıda konsert verəcək

© AP Photo / Sergey PonomarevСпортивно-концертный комплекс Baku Crystal Hall
Спортивно-концертный комплекс Baku Crystal Hall  - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı Şəhər Halqasında baş tutacaq yarış kimi Kardi B-nin çıxışında da inanılmazı yaşamağa hazır olun!

BAKI, 11 aprel — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) bəyan edir ki, dünya musiqisində özünəməxsus ifaları ilə seçilən reper Kardi B "Formula 1 Azərbaycan Qran Prisi-2019" başa çatdıqdan sonra axşam saatlarında keçiriləcək konsert proqramı ilə möhtəşəm yarış həftəsonuna öz damğasını vuracaq. BŞH-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ötən il olduğu kimi bu il də dünya ulduzlarının verəcəyi axşam konsertləri Bakı Kristal Zalında baş tutacaq.

© AP Photo / Matt SaylesKardi B
Dünyaca tanınmış reper Bakıda konsert verəcək - Sputnik Azərbaycan
Kardi B

Kardi B 2015-2017-ci illər arasında VH1 televiziya kanalınının "Love & Hip Hop: New York" realiti şousunun daimi üzvü olub və 2017-ci ilin fevralında "Atlantic Records" səsyazma şirkəti ilə ilk böyük müqaviləsini imzalayıb. Onun həmin şirkət ilə birgə çıxardığı "Bodak Yellow" adlı sinqlı ona solo Lorin Hildən (1998) sonra ABŞ-ın "Billboard Hot 100" hit-paradında 1-ci yeri tutan 2-ci qadın reper statusunu qazandırıb. Üç həftə ard-arda 1-ci yeri qoruyub saxlayan reper Taylor Svift ("Look What You Made Me Do") ilə birgə 2017-ci ildə qadın ifaçılar arasında hit-paradın ən uzun müddətli nömrə 1-i olub. Həmin sinql reperin 2018-ci ildə çıxardığı "Invasion of Privacy " adlı ilk musiqi albomuna da daxil edilib.

BŞH-nin icraçı direktoru Arif Rəhimov Kardi B-nin Bakıya gəlişinə belə münasibət bildirib: "Dünya musiqisinin ən istedadlı nümayəndələrindən birinin builki yarışımızın bağlanış konsertində iştirakı bizi çox sevindirir. Qısa müddət ərzində özünəməxsus tərzi ilə digərlərindən olduqca fərqlənən Kardi B artıq musiqi aləmində bənzərsiz səslərdən biri kimi özünü sübut edib. Bakı Şəhər Halqasında baş tutacaq yarış kimi Kardi B-nin çıxışında da inanılmazı yaşamağa hazır olun!".

"Azərbaycan Qran Prisinin bağlanış mərasimini ən gözəl şəkildə qeyd etmək və gərgin mübarizə və əyləncə ilə dolu unudulmaz yarış həftəsonundan sonra tamaşaçılarla xoş təəssüratlarla ayrılmaq üçün Kardi B ən uyğun seçimdir. Aprelin 28-də Kristal Zalda baş tutacaq konserti səbirsizliklə gözləyirəm. Bizimlə birlikdə olmaq üçün biletlərinizi indidən əldə etməyə tələsin" - Rəhimov vurğulayıb.

Qeyd edək ki, bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi xüsusi avtobuslar vasitəsilə həyata keçiriləcək.

Yalnız dördgünlük bilet sahibləri aprelin 26-da baş tutacaq Pit Yolu Gəzintisində iştirak edə biləcəklər. Bundan xaricində bütün bilet sahibləri gün ərzində pilotların iştirakı ilə keçiriləcək avtoqraf sessiyalarına və həmçinin paytaxt Bakının gözoxşayan mənzərəyə sahib dənizkənarı bulvarı boyunca uzanan zonada müxtəlif əyləncə proqramlarına qatıla biləcəklər.

Xatırladaq ki, "Formula 1 Azərbaycan Qran Prisi – 2019"-u canlı izləmək üçün indidən bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər ətraflı məlumatı BŞH-in rəsmi saytından əldə edə bilərlər: www.bakucitycircuit.com

Daha ətraflı məlumat almaq istəyən media nümayəndələri bizimlə elektron poçt (media@bakugp.az) vasitəsilə əlaqə saxlaya bilərlər.

Xəbər lenti
0