Ağır atletika məşqləri, arxiv şəkli

Pəhləvanımız 269 kiloqram ağırlıq qaldırıb

48
(Yenilənib 20:17 09.04.2019)
Onun yekun sıralamada tutduğu yer A qrupundakı yarışlar bitəndən sonra bilinəcək

BAKI, 9 aprel — Sputnik. Gürcüstanın Batumi şəhərində aprelin 6-da başlayan və 13-dək davam edəcək kişilər və qadınlar arasında ağır atletika üzrə Avropa çempionatının nəticələri gəlməkdə davam edir.

Sputnik Azərbaycan xəbər verir ki, 42 ölkədən 401 atletin (187 qadın və 214 kişi) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də mübarizəyə qoşulublar. Onlardan körpücük üzərinə ilk olaraq Kənan Xəlilov çıxıb. O, 73 kq çəki dərəcəsinin B qrupunda yarışıb.

Atletimiz toplam 269 kq (124+145) nəticə ilə bu qrupda 5-ci yeri tutub. Onun yekun sıralamada tutduğu yer A qrupundakı yarışlar bitəndən sonra bilinəcək.

48
Teqlər:
yarış, çəki, atlet
Əlaqədar
İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib
Üç yüzdən çox ağır atletimiz mübarizəyə qoşulub