Hannes Tor Halldorsson

Azərbaycan klubu dünya şöhrətli idmançı ilə yollarını ayırdı

2706
(Yenilənib 15:25 05.04.2019)
Halldorsson 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub

BAKI, 5 aprel — Sputnik. “Qarabağ” futbol klubunun bu gün bir futbolçusu ilə yolları ayrılıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə klub rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

Belə ki, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, Halldorsson mövsümün əvvəlində komandaya transfer olunmuşdu. O, 8 oyunda (4 Premyer Liqa, 4 avrokubok) meydanda olub.

2706