İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb, arxiv şəkli

Prezident paralimpiyaçılara pul ayırdı

7
(Yenilənib 17:07 04.04.2019)
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Paralimpiya Komitəsinə 500 min manat ayrılıb

BAKI, 4 aprel — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.

7