Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qadınlar futbol oynaya bilmirlər" deməyin

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Zərərli vərdişlərə aludə olmaqdansa, elə futbolu sevmək, futbol həyəcanı yaşamaq yaxşıdır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Etiraf etməliyik ki, dünyada ən çox sevilən idman növündən biri, hətta birincisi futboldur. Kişilərin əksəriyyətinin əsas şakərlərindən biri də məhz futbol izləməkdir. Bəziləri isə futbolu həyatlarının ayrılmaz hissəsinə çeviriblər. Bir və ya bir neçə kluba azarkeşlik edənləri demirəm hələ.

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlar futbol oynaya bilmirlər deməyin - Sputnik Azərbaycan
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

Nə yalan deyim, bizim evdə də bir "Beşiktaş" azarkeşi var. Həyat yoldaşım fanatı olduğu klub ilə birlikdə oyunların həyəcanını yaşayır. Komandası məğlub olanda, "qanı qaralır", qalib gələndə isə uşaq kimi sevinir. Hərdən həsəd də aparıram. Onu da hiss edirəm ki, evimizdə artıq bir futbol azarkeşi də böyüyür. Çünki balaca oğlum da atasına qoşulub. Açığı deyim ki, bu məni heç də məyus etmir, əksinə sevindirir. Zərərli vərdişlərə aludə olmaqdansa, elə futbolu sevmək, futbol həyəcanı yaşamaq yaxşıdır.

Əvvəllər analar oğullarının futbola həvəsli olduğunu deyirdilərsə, bu gün artıq qız övladlarının da futbolla maraqlandığını bildirirlər. Hətta elə xanımlar var ki, futbolu bəzi kişilərdən daha yaxşı anlayır, hətta şərh edirlər. Düşünürəm ki, bu, sevindirici haldır.

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlar futbol oynaya bilmirlər deməyin - Sputnik Azərbaycan
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

Daha sevindirici hal isə bir müddət öncə Azərbaycanda qadın futbolunun yenidən bərpa olunması haqqında xəbər oldu. Qadınlardan ibarət milli komandanın yenidən bərpa olunmasına çox sevindim. Qadınların təlim-məşq toplanışlarına yollandım. Hava çox soyuq idi, yağış da yağırdı. Maşından düşüb stadiona tərəf qaçmağa başladım. Qaçırdım ki, bədənim isinsin, üşüməyim. Stadiona çatanda artıq burnumu və əllərimi hiss eləmirdim. Ancaq gördüyüm mənzərə iliyimə işləmiş soyuğu unutdurdu. Stadionda oğlanlar ilə qızlar futbol oynayırdılar. Maraqlı və xoş görüntü idi.

Kişilər həmişə danışanda deyirlər ki, "qadınlar futbol oynaya bilmirlər". Qarşımda açılan mənzərə isə bu fikirləri alt-üst edirdi. Hətta qızlar oğlanlardan daha mükəmməl oyun nümayiş etdirirdilər. Qol vurmuş qızların sevincindən bədənim isinməyə başladı, xoş ab-hava soyuğu, tamamilə unutdurdu.

Qızların qısa şortda məşq etməsi diqqətimi çəkdi. Komandanın məşqçisinə yaxınlaşanda da sualım elə bu oldu ki, qızlara şortda soyuq deyilmi? Məşqçi Siyasət Əsgərov gülümsəyərək bildirdi ki, soyuqdan qorunmaq üçün xüsusi krem var, futbolçular oyundan öncə həmin kremdən ayaqlarına çəkirlər və rahat meydanda oynayırlar.

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlar futbol oynaya bilmirlər deməyin - Sputnik Azərbaycan
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

Oğlanlardan ibarət U-17 milli yığmasına qarşı mübarizə aparan qızlar yağışın başlarına döyməsinə baxmayaraq, böyük həvəslə davam edirdilər. Birinci hissənin sonlarına yaxın bir futbolçu qız zədələndiyinə görə oyundan kənarlaşdırıldı. Bunu fürsət bilən oğlanlar hesabda irəli çıxmaqla qızların komandasını məyus elədilər. Birinci hissə 2:1 hesabı ilə oğlanların xeyrinə bitdi. Dincəlmək, bir qədər isinmək və səhvləri müzakirə etmək üçün futbolçular məşqçiləri ilə bərabər geyinmə-soyunma otağına getdilər.

Yeri gəlmişkən qeyd edim ki, oyunu idarə edən hakimlər də qadınlar idi. Onu da etiraf edim ki, bura gəlməmişdən öncə meydançada qısa saçlı, ayaqları fiziki gücdən əyilmiş qızlar görəcəyimi düşünmüşdüm. Amma zənnim məni aldatdı. Meydançada uzun saçlı, baxımlı və gözəl qızlar mübarizə aparırdılar. Hiss olunurdu ki, idman onların xanımlıqlarını əllərindən almayıb.

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlar futbol oynaya bilmirlər deməyin - Sputnik Azərbaycan
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

Budur, fasilə bitir və idmançılar mübarizəni davam etdirmək üçün meydançaya qayıdırlar. Hava soyuq olması ilə yanaşı həm də yavaş-yavaş qaralırdı. Qızların enerjisi isə tükənməmişdi, əksinə, hesabı, ən azı yenidən bərabər etmək üçün hakimin start fitini gözləyirdilər. Oyun başladı, nə başladı. Məşqçilər yanda dayanaraq gənc qızlara daha sürətli olmağı, anında düzgün qərar verməyi tapşırırdılar. Qızlar isə komanda şəklində oynamağa çalışırdılar. Amma oğlanların növbəti cəhdi də qolla nəticələndi. Hesab 3:1 oğlanların xeyrinə oldu. Bir neçə dəqiqə keçmiş futbolçu qızlardan biri də zədələndi. Səbəb isə ağır məşqə görə əzələsinin dartılması idi.

Kənarda dayanıb oyunu izləyən futbolçu qızlardan biri - Manə Mollayeva ilə söhbət etməyi qərara aldım. O, suallarımı cavablandırsa da, gözlərini oyundan ayırmırdı. Hər hücuma biixtiyar reaksiya verirdi. Bir də onda ayıldım ki, soyuq iliyimə işləyib, əllərim donub, soyuqdan diktofonu belə, söndürə bilmirdim.

© Sputnik / Murad OrujovQadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
Qadınlar futbol oynaya bilmirlər deməyin - Sputnik Azərbaycan
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

Oyunun bitməsinə bir neçə dəqiqə qalırdı, məşqçi ilə sağollaşıb meydançadan çıxdım. Gəldiyim kimi də maşına tərəf qaçdım. Avtomobilə əyləşib əllərimin donunun açılmasını gözlədim. Həmin anda fikirləşdim ki, "futbolçudur da" deyib keçmək olmaz. Çünki onların işi çox əziyyətlidir.

Ümid edirəm ki, qızların zəhmətləri zamanla öz bəhrəsinə verəcək, ürəklərimizi isindirəcək.

Xəbər lenti
0