Qadınlardan ibarət milli yığmamızın üzvü Manə Mollayeva

Millinin müdafiəçisi: "Ailə qurana kimi oynayacağam"

7370
(Yenilənib 09:53 19.03.2019)
O, Azərbaycanı Rusiyada təmsil edən yeganə qadın futbolçumuzdur

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 25 mart — Sputnik. Azərbaycanda qadınların futbola olan marağı günü-gündən artır. Qadınlar arasında müxtəlif klubların azarkeşlərinə rast gəlmək olar. Eyni zamanda qadınlar azarkeşlik ilə kifayətlənmir, hətta peşəkarcasına bu sahədə məşğul olurlar. Belə xanımlardan biri də qadınlardan ibarət milli komandanın üzvü Manə Mollayevadır.

Sputnik Azərbaycan-a müsahibə verən M.Mollayeva qadın futbolçunun həyatı, günlük rejimi və s. haqqında danışıb.

- Manə xanım, necə oldu ki, futbolçu olmağa qərar verdiniz?

-Uşaqlıq illərimdə bəzi qızlar kimi gəlincik, evcik-evcik oynamamışam. Həmişə marağım fərqli olub, çalışırdım ki, məhəllədə oğlanlarla oynayım. Futbolu daha çox sevirdim, qonşuların oğlanları ilə futbol oynayırdım. Bu, mənə daha maraqlı gəlirdi. Düzdür, qonşular, anam və başqaları buna yaxşı baxmırdılar, amma mənim həvəsim anamın tənbehindən daha üstün olurdu.

Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
© Sputnik / Murad Orujov
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

- Zaqatalada tək futbolçu xanım sizsiniz?

- Zaqatalada kifayət qədər çox futbolçu qız var. Yaşda məndən böyüklər də var, məndən sonra futbola marağı yaranıb gələnlər də. Regionumuzda qızların futbola marağı böyükdür. Ümumiyyətlə, qadın futbolunda Zaqatala ərazisindən daha çox idmançı qadın var.

- Oxşamağa çalışdığınız futbolçu varmı?

- Mən müdafiəçiyəm. Ona görə bu sahədə olan futbolçulara çox fikir verirəm, onların həyata keçirdikləri fəndləri öyrənirəm. Özüm-özümdə analiz edirəm və düşünürəm ki, oyun zamanı mənə nə lazım ola bilər. Nə yalan deyim, bəzən məhz apardığım araşdırmaların bəhrəsini görürəm. Çünki bəzən bundan istifadə edərək çətin vəziyyətlərdən çıxmışam.

- Həm də legioner həyatı yaşayırsınız...

- Bəli. 2017-ci ilin mart ayında Soçidə beynəlxalq turnirdə idik. Orada oyunumu bəyəndilər və Rusiyanın Krasnodar şəhərindən mənə təklif gəldi. Böyük məmnuniyyətlə təklifi qəbul etdim. İki ay sonra "Kubanoçka" klubuna getdim. Bir həftə sınaq oldu, daha sonra isə 2 illik müqavilə imzalandı. İki ildir ki, oradayam. Bu il müqaviləm bitir. Gələn təkliflərə baxacağam. Ya müqaviləni yeniləyəcəyəm, ya da başqa klubla müqavilə imzalayacağam.

Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
© Sputnik / Murad Orujov
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

- Təhsilə necə vaxt ayırırsınız?

- Hazırda İdman Akademiyasının tələbəsiyəm. Qiyabi oxuduğum üçün elə də problemim olmur.

- Bir qadın üçün komandanı müdafiə etmək çətin deyil?

- Çətin deyil, çünki müdafiə olunanda bütün komanda ilə müdafiə olunuruq. Doğrudur, çətin anlar da olur. Amma bu bizim işimizdir.

- Qadınlar ilə oynamaq asandır, yoxsa kişilərlə?

- Qadınlar ilə aşağı tempdə oynayırsan. Amma kişilər sürətli olduqları üçün daha çox sürətli oynamaq lazımdır. Bu cəhətdən kişilərlə oynamaq çətindir. Amma qadınlar kobud oynadığı üçün çox zədə almaq olur. Amma kişilər qadınlarla kobud davranmadığı üçün zədə almaq təhlükəsi azdır.

- Qadın futbolçunun rejimi necə olmalıdır?

- Yuxuya və qidalanmağa mütləq fikir veririk. Yuxusuz olanda hərəkətlərimizə diqqət edə bilmirik. Ona görə də mütləq yatmalıyıq. Ac olsaq isə oynamağa gücümüz qalmaz. Diyet saxlamırıq. Çünki enerji itirdiyimiz üçün yaxşı qidalanmalı oluruq.

  • Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    © Sputnik / Murad Orujov
  • Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    © Sputnik / Murad Orujov
  • Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    © Sputnik / Murad Orujov
  • Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    © Sputnik / Murad Orujov
  • Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü
    © Sputnik / Murad Orujov
1 / 5
© Sputnik / Murad Orujov
Qadınlardan ibarət milli yığmamızın U-21 kişilərdən ibarət milli ilə yoldaşlıq görüşü

- Əyləncəyə vaxtınız qalır?

- Rejimlə yaşayırıq. Amma bəzən əyləncəyə də vaxt ayırırıq ki, stressimizi çıxara bilək.

- Neçə yaşına kimi futbol oynayacaqsınız?

- Düşünürəm ki, 24-25 yaşına kimi. Daha dəqiq, ailə qurana qədər. Ailə qurandan sonra isə məşqçi kimi fəaliyyətimi davam etdirmək istəyirəm. Amma, ümumilikdə futboldan uzaq qalmaq niyyətim yoxdur.

7370