Maykl Essyen

Ulduz futbolçu Azərbaycanda oynayacaq

2084
Maykl Essyen Qana yığmasının kapitanı olub

BAKI, 16 mart - Sputnik. Qanalı ulduz futbolçu, dayaq yarımmüdafiəçisi Maykl Essyen "Səbail" klubu ilə müavilə imzalayıb. Bu barədə Sputnik Azərbaycan AFFA-ya istinadən məlumat verir.

36 yaşlı Essyen daha öncə "Lyon" (Fransa), "Chelsea" (İngiltərə), AC "Milan" (İtaliya), "Real" Madrid (İspaniya) kimi klublarda çıxış edib. 2012-ci ildə "Chelsea"nın tərkibində Çempionlar Liqasının qalibi olub.

Maykl Essyen Qana yığmasının kapitanı olub.

2084