Lionel Messi və Kriştianu Ronaldu

Hamısı bir sırada - Ronaldu, Messi... Makqreqor, Nurməhəmmədov

22
(Yenilənib 19:16 13.03.2019)
Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı Konor Makqreqor 5-ci pillədədir

BAKI, 14 mart — Sputnik. Amerikanın məşhur ESPN nəşri dünyanın ən məşhur idmançılarının reytinqini dərc edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, reytinqdə birinci yeri “Yuventus” futbol klubunun futbolçusu Kriştianu Ronaldu tutub. İkinci yerdə isə  “Los-Anceles Leykers” basketbol klubunun oyunçusu Lebron Ceyms gəlir. Üçüncü yer isə “Barselona”-nın hücumçusu Lionel Messiyə qismət olub.

Rusiyalı idmançılar arasında reytinqdə yer tutan idmançı Həbib Nurməhəmmədovdur. O, ötən il heç ilk yüzlüyə düşməsə də, bu il 15-ci pillədə özünə yer edə bilib.

Həbib Nurməhəmmədova məğlub olan irlandiyalı Konor Makqreqor isə 5-ci pillədədir.

22