Футбольное поле и мяч

Azərbaycan millisinə 23 futbolçu çağırılacaq

205
(Yenilənib 23:51 10.03.2019)
Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək

BAKI, 10 mart - Sputnik. Azərbaycan milli komandasının Xorvatiya ilə 2020-ci il Avropa çempionatının seçmə oyunu və Litvaya qarşı keçirəcəyi yoldaşlıq görüşünə 23 futbolçu çağırılacaq.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə yığmanın baş məşqçisi Nikola Yurçeviç bildirib. Xorvatiyalı mütəxəssis dəvətlilərdən 3-nün qapıçı, 20-nin isə meydan oyunçusu olacaqlarını bildirib. 53 yaşlı mütəxəssis heyətdə bir neçə yeni oyunçunun olacağını istisna etməyib. Yurçeviç heyəti növbəti həftə ərzində - Azərbaycan Premyer Liqasının XXI turunadək açıqlayacağını da əlavə edib.

Qeyd edək ki, Azərbaycan yığması Xorvatiya ilə martın 21-də Zaqrebdəki "Maksimir" stadionunda, Litva ilə martın 25-də Bakıdakı "Bakcell Arena"da üz-üzə gələcək.

205