Qadın futbolu

Qadın futbolçulardan uğur yox, stimul gözlənilir

6834
(Yenilənib 17:22 07.03.2019)
Arif Əsədov: "Məqsəd qızların yarışlarda iştirak etməsidir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 mart — Sputnik. Futbol üzrə qadınlardan ibarət yığma komandalar arasında Avro-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb. Böyük fasilədən sonra milli komanda yarışlara qayıdır. Bu dəfə qadınlardan ibarət millimiz 47 komanda arasında yer alıb.

Sputnik Azərbaycan-ın əməkdaşı futbol mütəxəssislərindən millimizin seçmə mərhələlərində oyunları haqqında açıqlama alıb.

Futbol məşqçisi Arif Əsədov sözlərinə görə, UEFA-nın konsepsiyasında var ki, hər bir ölkənin qadın futbol komandası olmalıdır: "Ona görə də bizdə də qadın futbolu yaradılıb. Hətta qadın idmançı tapılmayanda da milliləşdirilmiş futbolçular ilə yarışlara qatılırdıq. İndiki dönəmdə bizə qələbə lazım deyil. Məqsəd qızların yarışlarda iştirak etməsidir".

"Komandanın hansı vəziyyətdə olduğunu bilmirəm. Ona görə yarışlarda göstəriləcək nəticəni öncədən deyə bilmərəm. Yalançı proqnoz vermək istəmirəm. Təcrübə əsasdır. Bir onu deyə bilərəm ki, bu, gələcəkdə qadın futbolunun inkişafına stimul ola bilər" – deyə o bildirib.

A.Əsədovun qeyd edib ki, mentalitetimiz və qadınların futbola marağının az olması milliləşdirilmiş idmançılara üstünlük verməyə səbəb olurdu: "İndi isə bu cür yarışlarda iştirak qadınların futbola marağını artıra bilər. Aşağı yaş qruplarında da azərbaycanlı futbolçu qızlar az deyil. Son 3-4 ildə Azərbaycanda qadın futbolunda irəliləyiş var".

AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla deyib ki, FİFA Azərbaycan qadın futboluna bir neçə il sanksiya tətbiq edib: "Məhz ondan sonra biz gücümüzü aşağı yaşda qadın qruplarına verdik. Zaman keçdikcə həmin komandada iştirak edən qızlar artıq böyüyür. İndi onlar milli komandada iştirak edirlər".

"Baş məşqçi Siyasət Əsgərovdur. Bu gün məqsədimiz yaxşı iştirak edərək təcrübə qazanmaqdır. Futboldur, hər şey ola bilər. Nəzərə almalıyıq ki, uzun illərdən sonra ilk dəfə rəsmi turnirlərdə iştiraka başlayırıq. Gediləcək uzun bir yol var" – deyə AFFA-nın sözçüsü əlavə edib.

6834
Teqlər:
milli, komanda, futbol, qadın
Əlaqədar
Ulduz futbolçu iki qadın ilə bir gündə evlənir, özü də xristiandır...
Bakıda bir ilk: Kişi və qadın futbolçular bərabərlik naminə qarşı-qarşıya gəldilər
Qadın futbolçularımızı uzun fasilədən sonra Avropa sınağı gözləyir