Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan atleti Avropa çempionu oldu - FOTO

© AP Photo / Alastair GrantNazim Babayev
Nazim Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Babayev qapalı məkanlarda keçirilən Avropa çempionatının üç təkanla tullanma yarışlarında bütün rəqiblərini qabaqlayıb

BAKI, 4 mart – Sputnik. Azərbaycan millisinin atleti Nazim Babayev Avropa çempionu tituluna yiyələnib. Sputnik Azərbaycan-ın məlumatına görə, 22 yaşlı idmançı Şotlandiyanın Qlazqo şəhərində keçirilən qitə birinciliyində bu uğura nail olub. 

© AP Photo / Alastair GrantNazim Babayev Avropa çempionu tituluna yiyələnib
Azərbaycan atleti Avropa çempionu oldu - FOTO - Sputnik Azərbaycan
Nazim Babayev Avropa çempionu tituluna yiyələnib

Belə ki, Babayev qapalı məkanlarda keçirilən Avropa çempionatının üç təkanla tullanma yarışlarında bütün rəqiblərini qabaqlayıb. O, final mərhələsində 17,29 m nəticə göstərərək, qitə çempionu tituluna yiyələnib. Təmsilçimiz ilkin mərhələdə geri qaldığı, bu dəfə ən yaxın izləyicisi portuqaliyalı Nelson Evoranı 0,18 m üstələyib. İlk "üçlüy"ü isə 17,10 m göstərici ilə almaniyalı Maks Heb qapayıb.

Qeyd edək ki, N.Babayev təsnifat mərhələsində olduğu kimi, final mərhələsində də şəxsi rekordunu yeniləyib.

Xəbər lenti
0