Pulqabında manatlar, arxiv şəkli

Boks Federasiyasında maaş qalmaqalı yaşanır, rəhbərlik isə iddiaları təkzib edir

6072
(Yenilənib 17:11 26.02.2019)
İddialara görə, idmançıların və işçilərin əmək haqları vaxtı-vaxtında ödənilmir, hətta son 5-6 ayın maaşı hələ də verilməyib

BAKI, 27 fevral — Sputnik. Azərbaycan Boks Federasiyasında (ABF) vəziyyət gərginləşib. Belə ki, Federasiyada neçə aydır maaşlar verilmir.

Sputnik Azərbaycan-a Federasiya daxilindən verilən məlumata görə, idmançıların və işçilərin əmək haqları vaxtı-vaxtında ödənilmir. Maaşların verilməsində 2-3 ay gecikmələr olur, hətta son 5-6 ayın maaşı hələ də verilməyib. Bununla əlaqədar olaraq artıq Federasiya daxilində də vəziyyət gərginləşib. İşçilər işləmək istəmir, idmançılar vəziyyətdən narazıdır.

Məsələni dəqiqləşdirmək üçün Sputnik Azərbaycan əməkdaşı ABF-in mətbuat xidmətinin rəhbəri Tahir Hümbətovla əlaqə saxlayıb Federasiyasının sözçüsü isə deyilənləri təkzib edib.

“Komandalarımız ilin əvvəlindən təlim-məşq toplanışları keçirir, müxtəlif yarışlara qatılır. Böyüklər və gənclər arasında ölkə çempionatı keçirilib, bu gün də yeniyetmələr mübarizəyə başlayacaqlar. Hazırda böyüklərdən ibarət yığmamız Nalçikdə hazırlıqdadır. Məqsəd 22 yaşadək olanların Avropa çempionatında uğurlu iştirakdır. Bunu deməkdə məqsədim odu ki, maliyyə problemi olan Federasiya belə iş görə bilməz” - o bildirib.

“Maaş məsələsinə gəlincə, yeni il öncəsi 2 ayın əmək haqqı verilib. İlin yeni başladığını nəzərə alsaq, ciddi gecikmə də yoxdur. Fevral başa çatdıqdan sonra da maaşlar veriləcək. Çünki ay bitməyib” – deyə Tahir Hümbətov əlavə edib.

“Şikayət edənlərin kimliyini dəqiq bilmirəm. Ola bilər ki, həmin idmançı yeni baş məşqçimizin gəlişindən sonra əsas heyətdə yoxdur, yaxud müəyyən müddətdir millidən kənardadır. Federasiya milli üzvlərini maaşla təmin edir” – Federasiya sözçüsü vurğulayıb.

6072
Teqlər:
idmançı, maaş, federasiya, boks
Əlaqədar
Məşhur boksçunun adı hava limanına verilir
Boksçularımızı sınaq gözləyir
Kubalı boksçu Azərbaycan şou-biznesinə də iddialıdır
Şenol Günəş, arxiv şəkli

Günəş Türkiyə millisinin AVRO-2020-də uğursuz çıxışına görə üzr istəyib

3
Baş məşqçi bildirib ki, Avropa çempionatının açılış oyununda İtaliya komandasına böyük hesabla məğlubiyyət türk futbolçularına pis təsir edib.

 

Futbol üzrə Türkiyə millisinin baş məşqçisi Şenol Günəş komandasının Avropa çempionatndakı çıxışına görə üzr istəyib.

Bazar günü türklər qrup mərhələsinin son turunda İsveçrə komandası ilə oynayacaqlar. İki oyundan sonra Türkiyə millisinin xalı yoxdur. Turnirdə mübarizəni davam etdirmək üçün yeganə variant öz qruplarında üçüncü yeri tutmuş dörd komanda siyahısına düşməkdir.

"Biz komanda daxilində fəlsəfəni dəyişməli, ona qalib ruhunu aşılamalıyıq. İlk iki oyunda bizdə bu qətiyyən hiss olunmurdu. Mən bizə qarşı deyilən bütün tənqidlərə hörmətlə yanaşıram, oyunçularımız da özlərindən narazıdırlar. Həyatda hər zaman istədiyiniz kimi olmur. Əminəm ki, futbolçularımız bu vəziyyətdən çıxacaq və yeni oyuna hazır olacaqlar. Biz bura yaxşılardan biri olmaq üçün gəldik, lakin bunu edə bilmədik. Sözsüz ki, biz məyusuq və bizə azarkeşlik etmiş hər bir kəsdən üzr istəyirik", – deyə Günəş mətbuat konfransında bildirib.

Xatıqladaq ki, ilk turda Türkiyə millisi İtaliya komandasına (0:3), ikinci turda isə Uels komandasına məğlub olub (0:2).

"Romadakı ilk oyunun pis təəssüratları bizə çox təsir etdi. Biz həm oyunda,həm də nəticədə özümüzə inamı itirdik. Meydanda gördüklərimiz bizi həvəsdən saldı. Uels yığması ilə oyunun birinci hissəsində də eyni şey oldu. Biz iki oyundan sonra belə bir vəziyyətə düşəcəyimizi təsəvvürümüzə də gətirməzdik. Biz Türkiyədə insanların bizə nə qədər etimad etdiyini bilirik, lakin onların gözləntilərini doğrulda bilmədik", - deyə baş məşqçi bildirib.

3
Игровой момент матча ЕВРО-2020 между сборными Венгрии и Франции

Fransa yığması AVRO-2020-nin oyununda Macarıstan komandası ilə heç-heçə edib

4
(Yenilənib 19:18 19.06.2021)
Budapeşt şəhərində keçirilmiş qarşılaşma hələlik Avropa çempionatında ən çox azarkeşin izlədiyi görüş olub.

Futbol üzrə Fransa yığması Avropa çempionatının qrup görüşündə Macarıstan millisi ilə heç-heçə oynayıb.

F qrupunda ikinci tur qarşılaşması Budapeştdə keçirilib və 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərində qolu birinci hissəyə əlavə olunmuş vaxtda Attila Fiola vurub. Fransızların cavab topunu 66-cı dəqiqədə Antuan Qrizmann vurub. Oyunu 55 998 azarkeş izləyib, bu AVRO-2020-nin hələlik ən çox azarkeş tərəfindən izlənilən oyunudur.

Oyunun birinci hissəsində Macarıstan yığmasının oyunçusu Adam Soloi isti vurmasından əvəz olunub.

Birinci turda Fransa yığması Almaniyaya qalib gəlib - 1:0, Macarıstan isə Portuqaliya komandasına məğlub olub - 0:3. Almaniya və Portuqaliya yığmalarının oyunu bu gün Münhendə keçiriləcək.

Üçüncü turda Fransa Budapeştdə Portuqaliya ilə, Macarıstan isə Münhendə Almaniya ilə qarşılaşacaq. Oyunlar iyunun 23-də baş tutacaq.

4