Futbol meydançası

Qadın futbolçularımızı uzun fasilədən sonra Avropa sınağı gözləyir

29
(Yenilənib 11:44 22.02.2019)
Azərbaycanın futbol üzrə qadınlardan ibarət milli rəsmi yarışda gücünü sınayacaq

BAKI, 22 fevral — Sputnik. Futbol üzrə qadınlardan ibarət yığma komandalar arasında AVRO-2021-in seçmə qrup mərhələsinin püşkü atılıb.

Böyük fasilədən sonra yarışlara qayıdan Azərbaycan millisi 47 komanda arasında yer alıb. Püşkatma nəticəsində komandamız D qrupunda mübarizə aparacaq. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək qadınlardan ibarət Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimini belə olacaq:

4 oktyabr 2019

İspaniya – Azərbaycan

7 noyabr 2019

Azərbaycan – Çexiya

10 noyabr 2019

Moldova – Azərbaycan

11 mart 2020

Azərbaycan – Polşa

10 aprel 2020

Polşa – Azərbaycan

5 iyun 2020

Çexiya – Azərbaycan

16 sentyabr 2020

Azərbaycan – Moldova

22 sentyabr 2020

Azərbaycan - İspaniya

29