Qordon Benks 1965-ci ildə Uruqvay miilisinə qarşı oyunda

Əfsanəvi qapıçı dünyasını dəyişib

31
(Yenilənib 16:50 12.02.2019)
İngiltərə yığmasında Benks 73 oyunda iştirak edib və dünya çempionu olub.

BAKI, 12 fevral — Sputnik. Dünya futbolunun əfsanəvi qapıçısı Qordon Benks dünyasını dəyişib.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə milli yığmasının keçmiş qapıçısı, 1966-cı il dünya çempionu olmuş Benks 82 yaşında Britaniyada dünyasını dəyişib. Benks XX əsrin ən möhtəşəm qolkiperləri arasında ikinci yerdə olub.

İngiltərə yığmasında Benks 73 oyunda iştirak edib və dünya çempionu olub. Bununla yanaşı o 1968-ci ildə Avropa çempionatının bürünc medalına layiq görülüb.

34 yaşında futbolçu görmə qabiliyyətini itirməyə başlayıb, bu onun fəaliyyətinin davam etdirməsinə mane olmayıb.Öz kareyarının sonlarında o ABŞ-a köçüb və "Fort Loderdeyl" komandasında oynayıb.

31