Dopinq-test

İdman cameəsində yenə həssas anlar yaşanır, son qərarı AMAA verəcək

6555
(Yenilənib 15:38 05.02.2019)
"Həm birinci yerin sahibindən, həm də 2-ci və 3-cü yerin sahiblərindən analiz götürə bilərlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 5 fevral — Sputnik. Bir neçə gündən sonra ağır atletlərimizi ağır sınaq gözləyir. Belə ki, 7-8 fevral tarixlərində Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı keçiriləcək.

Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-ə yaxın atlet öz qüvvəsini sınayacaq. Nəticədə müxtəlif çəkilər üzrə ən güclülər müəyyən olunaraq milli komandaya cəlb ediləcək. Həmin idmançılar isə bir il ərzində Azərbaycanı xarici yarışlarda təmsil edəcəklər.

Qeyd edək ki, hazırda dünyada da yayılmış dopinq bəlasının qara buludları ağır atletlərimizin başının üstündən əksik olmur. Hər il, ən azı bir neçə ağır atletimiz dopinq testindən təmiz çıxmır və bir neçə illik idmandan kənar qalmağa məcbur olurlar.

Maraqlıdır, Azərbaycan çempionatından öncə ağır atletlərimiz dopinq testindən keçiriləcəkmi?

Ağır Atletika Federasiyasının sözçüsü Kənan Məstəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, dopinq testi qərarını Azərbaycan Milli Antidopinq Agentliyi özü verir.

"Yarış bitən kimi hər çəki dərəcəsi üzrə, həm birinci yerin sahibindən, həm də 2-ci və 3-cü yerin sahiblərindən analiz götürə bilərlər. Bu barədə heç bir məhdudiyyət yoxdur. Qərar onlarındır" - deyə Məstəliyev qeyd edib.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMAA) isə sorğumuza cavab olaraq dopinq testinin gizli saxlanıldığı bildirilib: "Bu məlumat konfidensial olduğu üçün gizli saxlanılır".

6555
Teqlər:
dopinq, ağır atlet, idmançı, idman
Əlaqədar
Beynəlxalq qalmaqal: Ermənilərdən pul alıb dopinqlərə göz yuman məmur ifşa edildi
Dopinqə düşmüş ağırlıqqaldıranımızla bağlı Federasiyadan açıqlama
Daha 3 idmançımız dopinqdən istifadəyə görə cəzalandırılıb
Dopinqə düşən idmançı: “8 illik cəza verdilər, mən də idmanı atdım”