Formula 1 tədbiri

Azərbaycanda "Formula 1" ilə yanaşı daha bir beynəlxalq idman yarışı keçiriləcək

12335
(Yenilənib 11:29 05.02.2019)
Nazir çıxışı zamanı “Formula 1”-in qısa zamanda Azərbaycanda tanındığını və sevilən yarışlardan birinə çevrildiyini bildirib

BAKI, 5 fevral - Sputnik. Xəbər verdiyimiz kimi, bu gün "Formula 1"  yarışları ilə bağlı mətbuat konfransı keçirilib. Konfransda çıxış edən Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Qran-prisinin keçirilmə müddətinin 2023-cü ilə qədər uzadıldığını bildirib. 

Sputnik Azərbaycan xəbər verir ki, nazir çıxışı zamanı “Formula 1”-in qısa zamanda Azərbaycanda tanındığını və sevilən yarışlardan birinə çevrildiyini bildirib: “Belə tədbirlərin keçirilməsi ölkəmiz üçün vacibdir. Eyni zamanda bu idman növü sayəsində ölkəmizə turist axını çoxalıb və bu say ildən-ilə artmaqdadır. Bir neçə il sonra belə tədbirlərin töhfəsini daha çox görəcəyik. Məhz buna görə Bakı Şəhər Halqasının işçilərinə təşəkkür edirəm. Bu ildə də hər kəsə uğur arzulayıram”.

 “Hər il şirkətləri bu prosesə cəlb edirik ki, bu yarışların təşkilində iştirak etsinlər. Bu tədbirlə yanaşı, Azərbaycanda 15-ci Gənclər Avropa Oyunları keçiriləcək” – deyə Azad Rəhimov vurğulayıb.

Daha sonra Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çıxış edib. O, qeyd edib ki, müqavilənin 3 il daha artırılması Azərbaycan üçün sevindirici haldır: “İlk dəfə müqaviləni imzalayanda bilmirdik ki, nəyə imza atırıq. Çünki heç bir təcrübəmiz yox idi. Sevindirici haldır ki, bu illər ərzində uğurlu nəticə əldə etmişik. Məqsədimiz daha çox uğur əldə etməkdir”.

Mətbuat konfransında “Formula 1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri də çıxış edib: “Bakıda olmaq mənim üçün xüsusi anlar deməkdir. Qonaqpərvərliyinizə görə sizə təşəkkür edirəm. “Formula 1” yarışında Azərbaycan Qran-prisinin öz yeri var”.

“Onu da qeyd edim ki, 2018-ci ildə araşdırma apardıq. Məlum oldu ki, “Formula 1” yarışları Azərbaycanda nəinki uğur qazanıb, həm də sevilib. Keçən ilki “Formula 1” daha çox sevilib. Yarışın azarkeşləri arasında ünsiyyət artıb. Azərbaycanın müqaviləsi 3 il daha da uzadıldı. 2020-2023-cü illərdə də Azərbaycanda  “Formula 1” keçiriləcək. İnanıram ki, 2024-cü ildə yenidən burada olacağam” – Çeyz Kerri vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula 1"in təqviminə daxil olub. Builki Qran-pri 28-30 aprel tarixində keçiriləcək.

12335
Teqlər:
Bakı Şəhər Halqası, "Formula 1", Gənclər və idman naziri Azad Rəhimov, Azad Rəhimov
Əlaqədar
Formula 1 Azərbaycan Qran-Prisi “2018-ci ilin ən yaxşı yarışı” adlandırılıb
Avropalı rəhbər Formula 1 yarışı üçün görülən işlərdən danışıb
Bakıda keçiriləcək “Formula 1” yarışının vaxtı açıqlanıb
"Formula 1" yarışının Bakıda keçirilməsi ilə bağlı yeni qərar qəbul olunub
Uruqvaylı futbolçu Franko Akosta (mavi formada), arxiv şəkli

Məşhur ispan futbolçu çayı keçərkən yoxa çıxıb

15
(Yenilənib 11:38 07.03.2021)
Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

BAKI, 7 mart — Sputnik. İspaniyanın "Vilyarreal" klubunun sabiq futbolçusu vətəni Franko Akosta Uruqvayda çayı keçməyə cəhd edərkən itkin düşüb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, Uruqvay dənizçiləri və polisləri 25 yaşlı hücumçunun axtarışına başlayıblar.

Hadisə martın 6-da gündüz saatlarında baş verib. Akosta Kanelones departamentində qardaşı ilə çayı keçmək istəyərkən, yoxa çıxıb. Polisi məhz onun qardaşı məlumatlandırıb.

Dənizdə xilasetmə və axtarış üzrə koordinasiya mərkəzi həmin əraziyə hərbçiləri və dəniz piyadalarını çıxarıb. Ölkənin Hərbi Dəniz Qüvvələri futbolçunu axtardıqlarını açıqlayıb.

Qeyd edək ki, Franko Akosta 2020-ci ilin yayından Uruqvayın "Atenas" komandasının formasını geyinir. Hazırda onun transfer məbləği 125 min avro qiymətləndirilir.

15
Formula-1 üzrə Azərbaycan Qran-prisi, arxiv şəkli

Ciddi məhdudiyyət: Bakıda "Formula-1"də azarkeşlər yerli TV olmayacaq

22
(Yenilənib 22:58 02.03.2021)
Azərbaycan Qran-prisinin təşkilatçıları bu il paytaxtımızda "kral yarışları"nın necə keçiriləcəyindən danışıblar.

BAKI, 2 mart — Sputnik, Teymur Tuşiyev. "Formula 1"in Azərbaycan Qran-prisinin reqlamentində bir sıra dəyişikliklər baş verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Baku City Circuit (BCC) əməliyyat şirkətinin brifinqində məlumat verilib.

"Formula 1" Azərbaycan Qran-prisi bu ilin 4-6 iyun tarixlərində Bakı küçələrində təşkil olunacaq. Keçən il yarış koronavirus pandemiyası səbəbindən baş tutmamışdı. Epidemiya əleyhinə tədbirlərlə əlaqədar olaraq, yarışın Bakı mərhələsi tamaşaçısız keçiriləcək, buna görə stendlərin və əyləncə zonasının inşası nəzərdə tutulmur və konsertlər də təxirə salınır. Bundan başqa, həftəsonları mükafatlandırma mərasimləri sadələşdirilmiş formada, yarış iştirakçıları üçün mətbuat konfransları isə onlayn keçiriləcək.

Azərbaycan Qran-prisinin təşkilatçıları azarkeşlər olmasa da yarışın Bakıda keçirilməsinin vacibliyini vurğulayıblar.

"Bu qədər ciddi məhdudiyyətləri nəzərə alsaq, ortaya belə bir sual çıxa bilər: bu şəraitdə yarışı keçirməyin nə mənası var? Bildiyiniz kimi, "Formula 1" yarışları ölkənin turizm potensialını nümayiş etdirir, buna görə də onun keçirilməsi böyük əhəmiyyət daşıyır ", – deyə BCC-dən bildirilib.

Yeri gəlmişkən, BCC-nin Azərbaycan Qran-prisini keçirməkdən imtina etməməsinin daha bir səbəbi əks halda təşkilatçıların cərimə ödəməli olmasıdır. Cərimənin məbləği isə açıqlanmayıb.

Məhdudiyyətlər KİV nümayəndələrindən də yan keçməyib. Sosial məsafəyə riayət olunması qaydalarına görə, mətbuat mərkəzində jurnalistlər üçün yerlərin sayının 400-dən 150-yə endirilməsi nəzərdə tutulub. Həmin yerlər xarici və yerli jurnalistlər arasında bərabər şəkildə bölünəcək. Bununla belə, yerli telekanallar və radiolar Azərbaycan Qran-prisi üçün akkreditasiya əldə edə bilməyəcəklər.

Təşkilatçılar treklərin hazırlanması ilə bağlı əsas işlərin bu ilin may ayında yerinə yetiriləcəyi, bununla əlaqədar paytaxtın bəzi küçələrində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağını də bildiriblər.

Eyni zamanda, qeyd ediblər ki, könüllülərdən müraciətlərin qəbulu artıq başa çatıb. Bu prosesə start veriləndən sonrakı 60 saat ərzində könüllülərdən təxminən yeddi min ərizə daxil olub. Marşallardan da ərizə qəbulu yekunlaşıb.

Qeyd edək ki, bu il marşalların sayı 150 nəfər artırılacaq.

22
Teqlər:
Formula-1 yarışı, Formula 1
Faiq Ağayev

Müğənni illər əvvəl oxuduğu populyar mahnıya yeni nəfəs verib - VİDEO

0
(Yenilənib 15:23 09.03.2021)
Müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib

 

BAKI, 9 mart — Sputnik. Xalq artisti Faiq Ağayev 25 il sonra "Səni əvəz eləmir" mahnısını yeni verdiyada (Remake) təqdim edib. Sputnik Azərbaycan xəbər verir ki, müğənni həmin mahnıya klip çəkdirib. Klip müğənninin "Youtube" kanalında, "facebook" və "instagram" hesabında izləyicilərə təqdim edilib.

Sözləri Xalq şairi Sabir Rüstəmxanlıya, musiqisi isə Gülər Həsənovaya məxsus olan mahnının klipi dinləyicilər tərəfindən bəyənilib.

0