Rafael Ağayev, karate üzrə dünya və Avropa çempionu

Karateçimiz mövsümə medalla başladı

52
(Yenilənib 10:30 28.01.2019)
Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən verib

BAKI, 28 yanvar — Sputnik. Fransanın paytaxtında Karate1 Premyer Liqasının "Paris Open" mərhələsində çənəsi və burnundan iki zədə alan milli komandanınlideri, bu nüfuzlu turniri gümüş medalla başa vurub. Bundan başqa Rafael Ağayev Dünya Karate Federasiyasının (WKF) ötən mövsümün ən yaxşı idmançıları üçün təsis etdiyi "Grand Winners"-in mükafatçılarından biri olub. 

Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, namizədlərə mükafatları Yaponiyanın Fransadakı səfiri Masato Kitera və WKF-in prezidenti Antonio Espinos, həmçinin təşkilatın baş katibi Toşixisa Naqura təqdim edib.

Yarışda iştirak edən milli komandanın digər üzvlərindən Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov (-67 kq), Turqut Həsənov, Pənah Abdullayev (ikisi də -84 kq) və Nuranə Əliyeva (-50 kq) təsəlliverici görüşlərə qatılsa da, nəticədə medal qazanmaq şansının əldən veriblər.

Qeyd edək ki, "Kiçik dünya çempionatı" adlandırılan "Paris Open" turnirində 82 ölkədən 776 idmançı iştirak edib. Beynəlxalq hakim Cahangir Babayev, məsul final görüşlərini idarə edən referilər arasında olub. Karateçilərimizin növbəti rəsmi yarışı fevralın ortaları Karate1 Premyer Liqasının Dubay mərhələsi olacaq.

52
Teqlər:
Karate Federasiyası, karateçi, Rafael Ağayev, medal, idmançı
Əlaqədar
Karate millimiz yeni qızıllar üçün yollandı
Karate milli yığması əsas məqsədini açıqladı
Rafael Dadaşova mükafat verdilər
Rafael Ağayev növbəti dəfə Avropanın birincisi oldu - VİDEO