Многократный чемпион мира по боям без правил и боевому самбо Федор Емельяненко, архивное фото

Bir yumruqla Yemelyanenkonun karyerasına son qoyuldu - VİDEO

9040
Amerikalı idmançı görüşü birinci raundun elə ilk dəqiqəsində nokautla yekunlaşdırıb

BAKI, 27 yanvar - Sputnik. Qarışıq döyüş növləri (MMA) üzrə rusiyalı idmançı Fyodor Yemelyanenko amerikalı Rayan Beyder ilə qarşılaşıb.

Los-Anceles şəhərində keçirilən Bellator Qran-Prisinin qalibi Rayan Beyder olub.

Amerikalı görüşü birinci raundun 34-cü saniyəsində nokautla başa çatdırıb. Onun dəqiq yumruq zərbəsindən sonra "Sonuncu imperator" ləqəbli Yemelyanenko yerə yıxılıb və amerikalı onu yerdə döyməyə başlayıb. Bunun ardınca hakim görüşü dayandırıb.

Bu, 42 yaşlı Yemelyanenkonun altıncı məğlubiyyətidir. O, 38 dəfə qarışıq döyüş növlərində qalib olub.

35 yaşlı Beyder isə indi iki çəki dərəcəsində çempionluq kəmərinə sahibdir. Beş dəfə məğlubiyyətlə üzləşən idmançı bu görüşlə 27–ci qələbəsini qazanıb.

9040