Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropa çempionatının seçmə mərhələ oyunlarının yeri dəyişib

© Sputnik / Владимир Сергеев / Mediabanka keçidDÇ-2018, İngiltərə - Kolumbiya, əsas və əlavə vaxtdan sonra vurulan penaltilər
DÇ-2018, İngiltərə - Kolumbiya, əsas və əlavə vaxtdan sonra vurulan penaltilər - Sputnik Azərbaycan
Abunə olmaq
İyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyi oyunlar Bakcell Arenada təşkil edəcək

BAKI, 25 yanvar — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının 2020-ci il Avropa çempionatının seçmə mərhələsində keçirəcəkləri ev oyunlarından ikisinin stadionu dəyişdirilib. Sputnik Azərbaycan bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

Mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqası turnirinin final oyunu, həmin qarşılaşmaya hazırlıq prosesi, final matçı başa çatdıqdan sonra stadionun digər oyunlara hazırlanması üçün tələb olunan vaxt nəzərə alınaraq, Azərbaycan milli komandasının Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya millisinə qarşı keçirəcəyi oyunlar Bakcell Arenada təşkil edəcək.

Xəbər lenti
0