Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Avropanın ən varlı klubunun adı açıqlandı

© AFP 2023 / ARMEND NIMANI"Mançester Yunayted" futbol klubunun bayrağı
Mançester Yunayted futbol klubunun bayrağı - Sputnik Azərbaycan
Abunə olmaq
"Qırmızı şeytanlar" ötən il 676 milyon avro qazanıblar

BAKI, 18 yanvar — Sputnik. Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) futbol klublarının maliyyə vəziyyətini açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Reuters" məlumat yayıb.

Liverpulun məşqçisi Yurqen Klopp Arsenal üzərindəki 5:1 hesablı qələbə münasibətilə Dejan Lovreni təbrik edir - Sputnik Azərbaycan
"Liverpul"un baş məşqçisi başqa futbol mütəxəssisinin fanatı imiş

UEFA 2017-ci ilə aid məlumatları qeyd edib. Həmin məlumatlara görə, gəlirləri ən çox olan klublara liderliyi "Mançester Yunayted" edir. "Qırmızı şeytanlar" ötən il 676 milyon avro qazanıblar.

Gəlirlərə görə ikinci yerdə Madridin "Real" klubu gəlir. Münhenin "Bavariya"sı gəlirlərə görə üçüncü yerdədir. İngililtərə Premier Liqasının 20 klubunun gəlirləri Avropa komandalarının ümumi gəlirlərinin dörddə bir hissəsini - 5,3 milyard avronu təşkil edir.

Eyni zamanda, "Yunayted" birbaşa azarkeşlərin hesabına qazanmaq baxımından heç də ən uğurlu klub deyil. Bu keyfiyyətə görə lider "Pari Sent-Jermen" klubudur. Bu fransız klubu orta hesabla hər il hər bir azarkeşindən 86,9 avro qazanır. Bu göstəriciyə görə "Mançester Yunayted" altıncı yeri tutur.

Xəbər lenti
0