Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz Antalyaya gedir

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisi
Futbol üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırlıq zamanı 4 yoxlama oyunu keçiriləcək

BAKI, 18 yanvar — Sputnik.  Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq məqsədilə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yanvarın 19-dan 31-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırlıq zamanı 4 yoxlama oyunu keçiriləcək.

Millimiz yanvarın 21-də, 24-də, 27-də və 30-da müvafiq olaraq “Krasnodar-3” (Rusiya), Küveyt U-19, “Tromso” (Norveç) və “Dinamo-2” (Rusiya) komandaları ilə qarşılaşacaq.

Türkiyəyə 24 futbolçu aparacaq. Bu idmançılar aşağıdakılardır: Sərhad Daşdəmir (“Fylde”, İngiltərə), Kamran Quliyev (“Yonova”, Litva), Musa Qurbanlı, Nicat Mehbaliyev, İbrahim Hüseynov, Zamiq Əliyev, Rauf Hüseynli, Tural Bayramov (hamısı “Qarabağ”), Elvin Talıbov (“Qarabağ” F), Xəyal Muradov, Rüstəm Nuriyev, Vüsal Məsimov, İdris İnqilablı, Samir Qurbanov (hamısı “Qəbələ”), Nail Alışov, Turan Vəlizadə, Vüsal Əsgərov, Ismayıl Zülfüqarlı (hamısı “Neftçi”), Şakir Seyidov (“Sabah”), Murad Məmmədov (“Səbail”), Ruslan Qəribov (“Sokol”, Saratov, Rusiya), Elnur İbrahimov (“Spartak-2”, Moskva, Rusiya), Rüstəm Samuqullin (“Stroqino”, Moskva, Rusiya), Rüfət Abdullazadədi (“Sumqayıt”).

Xəbər lenti
0