Karate yarışları, arxiv şəkli

İki idmançı arasında qalmaqal daha da alovlanır

41
(Yenilənib 20:58 15.01.2019)
Şahin Atamov: “Biz karateçilərin dünya arenalarında böyük nəticələr əldə etməyimiz, hər zaman üzərimizdə hiss etdiyimiz diqqət və qayğı sayəsində ərsəyə gəlib”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 18 yanvar — Sputnik. İdman aləmində bu dəfə sükutu iki karateçi pozub.

“Keçmiş karateçi Məharət Musayev bir müddət öncə Azərbaycanı tərk edib və xaricdə yaşamağa qərar verib. O, Azərbaycandan gedəndən sonra dövləti pisləməyə, idmana olan qayğıların yalan olduğunu deyir. Hətta Karate Federasiyası haqqında da xoşagəlməz fikirlər səsləndirir. Halbuki bu insan karatedə heç bir uğur qazanmayıb”. Bu sözləri Karate üzrə milli yığma komandasının üzvü Şahin Atamov Sputnik Azərbaycan-a açıqlamasında deyib. O, əlavə edib ki, dünya və Avropa çempionatlarında, rəsmi yarışlarda Azərbaycanın bayrağın uzun illər dağlandıran, himnini səsləndirən və vətənə medallar qazandıran bir karateçi kimi, son zamanlar sosial səhifələrdə və bəzi internet media saytlarında Azərbaycanın müstəqilliyi və dövlətçiliyinə xələl gətirə bilən neqativ fikirlərə münasibətimi bildirməyi özümə borc bilir.

Şahin Atamov
© Sputnik / Murad Orujov
Şahin Atamov

“Biz karateçilərin dünya arenalarında böyük nəticələr əldə etməyimiz, hər zaman üzərimizdə hiss etdiyimiz diqqət və qayğı sayəsində ərsəyə gəlib. Bu gün əldə etdiyimiz nailiyyətlər üçün bir idmançı kimi dövlətin və prezidentin, eyni zamanda Ali Baş Komandan və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin bizə göstərdiyi dəstəyə borcluyuq. Bilməyənlər üçün qeyd edim ki, biz karateçilərin uzun illərin arzusu, Olimpiya oyunlarına daxil olmağımızda ölkə rəhbərinin xüsusi rolu olub. Belə ki, prezidentin təklifi ilə Bakıda təşkil olunan 1-ci Avropa oyunlarının proqramına karatenin də daxil edilməsi, bu istiqamətdə böyük təkan verdi. Biz hər zaman bu diqqəti və məsuliyyəti dərk edirik və bir idmançı kimi vətən qarşısında borcumuzu yüksək nailiyyətlər əldə etməklə Azərbaycan idmanının imicini qoruyuruq. Təəsüf ki, bir zamanlar karate ilə məqşul olmuş, hazırda Avropada sığınacaq tapan və Azərbaycan əleyhinə qüvvələrin təsiri altında olan Məharət Musayev kimi “idmançının” suveren Azərbaycanın qanunlarına qarşı çıxması bir karateçi kimi bizlərə xoş deyil. Milli komandanın kapitanı kimi digər  komanda yoldaşlarım ilə birgə bu addımı pisləyirik və ölkəmizin adına belə xoşagəlməz hallara yol verməməyə çağırırıq”.

41