Azərbaycan Qran Prisi

Bakıda keçiriləcək “Formula 1” yarışının vaxtı açıqlanıb

92
(Yenilənib 18:15 15.01.2019)
"Formula 1" üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park" trasında başlayacaq

BAKI, 15 yanvar — Sputnik. Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə dünya çempionatında sessiyaların vaxtı açıqlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, keçən il olduğu kimi bu il də Azərbaycan Qran Prisinin sessiyalarının saatları dəyişməz olaraq qalıb. Belə ki, aprelin 26-da gerçəkləşəcək birinci yürüş saat 13:00-dan 14:30-dək, ikincisi isə saat 17:00-dan 18:30-a qədər olacaq. Şənbə günü isə üçüncü sərbəst yürüş 14:00-da başlayacaq və 1 saat davam edəcək. 17:00–18:00 aralığında isə sıralama turu keçiriləcək.

Yarış isə aprelin 28-də baş tutacaq. Saat 16:10-da start götürəcək və 18:00-da yekunlaşacaq.

Qeyd edək ki, "Formula 1" üzrə 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı "Albert Park" trasında başlayacaq. Mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu Dabi Qran Prisi ilə yekun vurulacaq.

92