Karate yarışları, arxiv şəkli

İdmançılarımızdan növbəti uğurlu nəticə

25
(Yenilənib 11:25 14.01.2019)
23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb

BAKI, 14 yanvar — Sputnik. Karate üzrə yeniyetmə və gənclərdən ibarət seçmə komandalarımız 28-ci Xorvatiyada Qran Pri turnirindən yüksək nəticə ilə dönüb. Samobor şəhərində 23 ölkədən 1621 karateçinin iştirakı ilə ənənəvi yarışda idmançılarımız 10 medal qazanıb.

Sputnik Azərbaycan Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Roman Heydərov (kata) 18-20 yaşlı gənclər və böyüklər arasında yarışların qalibi qalibi olub. Kata turnirində digər təmsilçimiz Ceyhun İsgəndərov isə 16-17 yaşlı gənclər arasında birinci pilləyə qalxıb.

Kumite yarışlarında Hüseyn Məmmədli (14-15 yaşlı yeniyetmələr, -57 kq) qızıl medal, Murad Hacızadə (18-20 yaşlı gənclər, +84 kq) gümüş, Fidan Dadaşova (14-15 yaşlı yeniyetmələr, -47 kq), 16-18 yaşlı gənclərdən Mədinə Sadıxova (-48 kq) və Tural Yaqubov (-68 kq), 18-20 yaşlı gənclərdən isə Müseyib Məmmədov(-60 kq) və Emil Güləhmədov (-84 kq) bürünc mükafat qazanıb.

Qeyd edək ki, Karateçilərimizi 8-10 fevral tarixlərində Danimarkanın Aalborq şəhərində Avropa çempionata gözləyir.

Bu məsul yarışa hazırılığın bir hissəsi kimi Xorvatiya Qran Prisinə qatılan aşağı yaşlı seçmə komandalar iki gün sonra təlim-məşqləri davam etdirəcək.

25
Teqlər:
Karate Federasiyası, qələbə, idmançı, karateçi, karate
Əlaqədar
Milli Karate Federasiyası söz-söhbətə son qoydu
Ağdaşda karate müəllimi 500 manata görə öldürülüb
Karate millimiz yeni qızıllar üçün yollandı
Karate milli yığması əsas məqsədini açıqladı
Qarabağ klubunun futbolçuları, arxiv şəkli

"Qarabağ"da koronavirusa yoluxan futbolçuların sayı artıb

14
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan çempionu "Qarabağ"da daha beş futbolçunun koronavirus testi müsbət çıxıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə klubun yaydığı açıqlamada deyilir.

Məlumata görə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Makkabi" ilə matçdan geri döndükdən sonra Peşəkar Futbol Liqasının tələblərinə əsasən, Premyer Liqanın XII turunda qarşılaşacağı "Qəbələ" ilə matçın hazırlıqları çərçivəsində növbəti dəfə koronavirus testindən keçib
Testin nəticələrinə görə, futbolçular Qara Qarayev, Emil Balayev, İsmayıl İbrahimli, Toral Bayramov Kevin Medinada koronavirus aşkarlanıb.
Daha öncə testin nəticəsi pozitiv olan daha iki futbolçunun - Mahir Emreli Abbas Hüseynovun - müalicələri davam etdirilir.
Milli komandanın heyətində Lüksemburqda koronavirusa yoluxmuş Maksim Medvedev müalicəsini tamamlayaraq Bakıya qayıdıb.

Qeyd edək ki, komandanın baş məşqçisi Qurban Qurbanov da koronavirusa yoluxub. 

14
Teqlər:
test, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər
Qarabağ - Makkabi oyunu

"Qarabağ" İsraildə ilk xalını qazandı

37
(Yenilənib 00:38 04.12.2020)
“Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Sputnik Azərbaycan apasport.az-a istinadən bildirir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin V turunda meydana çıxıb.

İlk 4 görüşdə uduzduqdan sonra İ qrupunda sonuncu yeri tutduğu rəsmiləşən Qurban Qurbanovun yetirmələri İsrailin “Makkabi” klubu ilə görüşüb. Cari mövsümdə avrokuboklarda son ev matçını keçirən təmsilçimiz Təl-Əviv klubunu da İstanbuldakı “Başakşəhər Fatih Teim” stadionunda qəbul edib.

Baş məşqçi Qurban Qurbanov və əsas heyətin bir sıra üzvləri koronavirusa yoluxduğu üçün qardaş ölkəyə böyük itkilərlə yollanan “Qarabağ” turnirdə ilk xalını qazanıb. Qarşılaşmada hər iki qol ilk 45 dəqiqədə vurulub.

Komandamız hissənin ortalarında qapısında qol görüb. İsrail təmsilçisi penalti ilə hesabı açıb. Ağdamlılar ilk yarı başa çatmamış hesabda tarazlıq yaradıblar. Xayme Romero bərabərlik qoluna imza atıb. 

Qrupun digər oyununda “Sivasspor” Türkiyədə “Vilyareal”ı qəbul edib. İspaniya təmsilçisi 1 qolla səfər qələbəsi qazanıb.

Qeyd edək ki, “Qarabağ” qrupda son oyununu dekabrın 10-da keçirəcək. Ağdamlılar İspaniyada “Vilyarreal”ın qonağı olacaqlar.

Avropa Liqası
Qrup mərhələsi
V tur, İ qrupu
3 dekabr
21:55. “Qarabağ” (Azərbaycan) - “Makkabi” (Təl-Əviv, İsrail) - 1:1
Qollar:  Xayme Romero, 37 - Yonatan Kohen, 22 (pen.)

Baş hakim: Robert Hennessi (İrlandiya)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 77. Donald Gerye, 8. Uroş Matiç, 2. Qara Qarayev (k), 19. Filip Ozobiç, 10. Abdullah Zubir, 44. Elvin Cəfərquliyev, 7. Ovusu Kvabena, 9. Xayme Romero, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev 
Məşqçi: Elçin Rəhmanov
“Makkabi”: 19. Daniel Tennenbaum, 30. Maor Kandil, 18. Eytan Tibi, 21. Şeran Yeini (k), 27. Ofir Davidzada, 23. Eyal Qolasa, 42. Dor Perets, 24. Yonatan Kohen, 44. Luis Ernandes, 17. Dan Biton, 9. Nik Blekmen
Ehtiyat oyunçular: 1. Daniel Perets, 3. Matan Baltaksa 11. Tal Ben Haim, 22. Avi Rikan, 25. Amit Qlazer, 29. Eylon Almoq, 39. Eduardo Gerrero, 47. Eden Karzev, 10. Etey Şexter, 6. Dan Qlazer, 31. Şahar Piven, 72. Aleksandar Peşiç
Baş məşqçi: Giorgios Donis

37
Teqlər:
UEFA Avropa Liqası, "Makkabi" FK (Tel-Əviv), Qarabağ FK

Bir neçə şəhər rayonda sərtləşdirilmiş xüsusi karantin rejiminin müddəti uzadıldı

0
Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır

BAKI, 5 dekabr - Sputnik. Azərbaycanda sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah bəzi şəhər və rayonlarda sərtləşdirilmiş xüsusui karantin rejiminin müddətinin uzadılmasına dair qərar qəbul edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 nömrəli Qərarda müvafiq dəyişiklik edib.

Dəyişikliyə əsasən, Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində Qərarın 2 nömrəli əlavəsində nəzərdə tutulan sahələr istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin dayandırılmasının müddəti 2020-ci il dekabrın 14-ü saat 06.00-dək uzadılır.

Qeyd edək ki, əvvəl bu müddət dekabrın 7-si saat 06:00-dək müəyyən edilmişdi.

0
Teqlər:
Xaçmaz, Quba, İsmayıllı, Masallı, Cəlilabad, Biləsuvar, Zaqatala, Qax, Lənkəran, Şəki, sərt karantin rejimi
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar