Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan şahmatçıları üz-üzə gələcək

CC0 / SETTIME / chessШахматы, фото из архива
Шахматы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
“Tata Steel Masters-2019”un ikinci turunda şahmatçılarımız üz-üzə gələcək

BAKI, 13 yanvar - Sputnik. Yanvarın 12-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, bu nüfuzlu yarışın ilk turunu Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov heç-heçə ilə başa vurublar. Qeyd edək ki, Şəhriyar Məmmədov amerikalı şahmatçı Samuel Şankland, Teymur Rəcəbov isə rusiyalı Vladimir Kramniklə mübarizə aparıb.

Bu gün növbəti turun oyunlarında şahmatçılarımız Şəhriyar Məmmədyarov Teymur Rəcəbovla üz-üzə gələcək.

Birinci turda Y. Nepomnyaşi və A. Vişvanatan 1 xal, M. Karlsen, L. Dinq, Y. K. Duda, V. Fedoseev, V. Kramnik, R. Rapport, S. Şanklanq, S. Vidit hərəyə yarım xal qazanıblar. A.Giri və V.Forest birinci turu məğlub tərk ediblər.

İkinci turda Maqnus Karlsen (Norveç), Yan Nepomnyaşi (Rusiya), Vladimir Kramnik (Rusiya) Aniş Giri (Hollandiya), Riçard Rapport (Macarıstan) Samuel Şankland (ABŞ), Anand Vişvanatan (Hindistan) Vladimir Fedoseyev (Rusiya), Yan Kşiştof Duda (Polşa) Yorden Van Forest (Hollandiya), Liren Dinq (Çin) Santoş Viditlə (Hindistan) mübarizə aparacaq.

Dairəvi sistemlə keçirilən turnir 13 turdan ibarətdir. Turnir yanvarın 27-dək davam edəcək.

Xəbər lenti
0