Boks əlcəkləri, arxiv şəkli

Boks Federasiyasının vitse-prezidentinə ikinci dəfə şans verildi

25
(Yenilənib 17:23 04.01.2019)
ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib

BAKI, 4 yanvar — Sputnik. Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılova beynəlxalq federasiya növbəti dəfə böyük etimad göstərib. ABF rəsmisi bundan sonra AİBA büro üzvü kimi də fəaliyyətini davam etdirəcək.

Sputnik Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq təşkilatın ən ali qurumu hesab olunan büroda cəmi 7 nəfər çalışacaq. Bunlar AİBA prezidenti Qafur Rəhimov, 2 vitse-prezident və İcraiyyə Komitəsinin 4 üzvüdür. AİBA rəhbərinin təqdimatı ilə İcraiyyə Komitəsinin üzvlərinin təsdiq etdikləri “yeddilik” 4 il müddətinə bu vəzifəni icra edəcək.

Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov
© ABF-nin mətbuat xidməti
Azərbaycan Boks Federasiyasının vitse-prezidenti Süleyman Mikayılov

Büro dünya boksunda ən vacib məsələləri – bu idman növünün gələcəyini müəyyən etmək, qanunların dəyişməsi, maliyyə məsələlərinə nəzarət, həmçinin idarəetməni müzakirə edərək, İcraiyyə Komitəsinin gündəliyinə çıxarmaq səlahiyyətinə sahibdir.

Qeyd edək ki, ABF-in vitse-prezidenti Süleyman Mikayılov bu hüquqa ikinci dəfə yiyələnib. O, 2013-cü ildə də 5 nəfərdən ibarət olan büroda eyni vəzifəni daşıyıb.

25
Əlaqədar
Boks həvəskarları üçün mühüm xəbər
Boks yığmamızın ilk medalının əyarı bilindi