Qurban Qurbanov

Qurban Qurbanovun dünya reytinqində yeri bəlli oldu

216
(Yenilənib 13:01 02.01.2019)
"Qarabağ"ın rəhbəri dünya reytinqində 458-ci sırada yer alıb

BAKI, 2 yanvar — Sputnik. "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov dünya reytinqində 458-ci sırada yer alıb. Sputnik Azərbaycan "Football World Rankings" saytına istinadən xəbər verir ki, bu göstərici ötən illə müqayisədə dəyişməz qalıb.

Belə ki, 46 yaşlı Qurbanov 2018-ci ilin yekun siyahısında 1073 xalla 458-ci sırada yer alıb. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 961-ci pillədə qərarlaşıb.

Siyahıya 14840 xalla İspaniyanın "Barselona" komandasının baş məşqçisi Ernesto Valverde başçılıq edir.

216
Teqlər:
reytinq, baş məşqçi, Qurban Qurbanov, "Qarabağ" futbol klubu
Əlaqədar
Qurban Qurbanov Kosovo ilə oyundakı taktikanı açıqladı
Qurban Qurbanov getdi
Qurban Qurbanovun tərk etdiyi postla bağlı ilginc iddia - AFFA təkzib etmir