Dopinq

Daha 3 idmançımız dopinqdən istifadəyə görə cəzalandırılıb

131
(Yenilənib 14:27 25.12.2018)
Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb

BAKI, 25 dekabr - Sputnik. Xəbər veridiyimiz kimi, bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMAA) ilin yekunları ilə bağlı hesabat iclası keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, AMAA-nın gördüyü işlərlə bağlı mediaya illik hesabat verən icraçı direktoru Şəfəq Hacıyeva bir sıra məsələlərdən danışıb. 

O, həmçinin bu il dopinqdən istifadəyə görə cəzalandırılan idmançılar barədə də danışıb. Bildirib ki, buna görə Azərbaycanın daha 3 idmançısı cəzalandırılıb. Velosipedçi Ramazan Əliyev 33 aylıq, ağırıqqaldıranlar - Emin Qocayev və Rəcəb Mustafayev 48 ay müddətinə diskvalifikasiya olunub.

Bununla da AMADA tərəfindən cəzalandırılan idmançıların sayı 39-a çatıb.

131
Teqlər:
Milli Antidopinq Agentliyi, Azərbaycan Milli Antidopinq Agentliyi, cəza, dopinq
Əlaqədar
İdmançımızla bağlı dopinq qalmaqalına aydınlıq gətirildi
Dopinq problemi gündəmə gəldi
Olimpiadada ilk dopinq qalmaqalı baş verdi
Rəsmi xəbərdarlıq: Korrupsiya hallarına yol verənlər barəsində ciddi qərar veriləcək
Dieqo Armando Maradona

Maradonanın həkimi ittihamlara cavab verdi

33
(Yenilənib 23:55 29.11.2020)
Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər

BAKI, 29 noyabr - Sputnik. Argentina millisinin sabiq oyunçusu Dieqo Armando Maradonanın həkimi Leopold Luke futbolçunun ölümü barədə ittihamlara reaksiya verib.

Sputnik Azərbaycan xarici mətbuata istinadən bildirir ki, həkim baş verənlərdə heç kimi, o cümlədən də özünü günahkar bilmir. O həmçinin istintaqla əməkdaşlıq etməyə hazır olduğunu da deyib. Luke vurğulayıb ki, Maradonanın evindəki tibbi heyət futbolçunun alkoqol asılılığından müalicəsi ilə məşğul idi və ürəktutmasının qarşısını ala bilmədi.

Bu gün məlumat yayılıb ki, Lukenin evində və klinikasında axtarış aparılıb. Bundan başqa həkimi Maradonaya kömək göstərməməkdə və bilməyərəkdən onun ölümünə səbəb olmaqda ittiham edirlər.

​Maradona noyabrın 25-də 60 yaşında dünyasını dəyişib. Ölümə səbəb üərk çatışmazlığı səbəbindən ağciyərdə kəskin şişkinlik yaranması olub.

Dieqo Maradona "Barselona", "Napoli", "Nyuells Old Boyz"  klublarında oynayıb. Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Futbol tarixində ən parlaq oyunçulardan hesab olunur.

33
Teqlər:
axtarış, ittiham, həkim, ölüm, Dieqo Armando Maradona
Qurban Qurbanov, arxiv şəkli

"Qarabağ"dan üzücü xəbər: Qurban Qurbanov koronavirusa yoluxub

22
(Yenilənib 19:16 29.11.2020)
Dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub

BAKI, 29 noyabr - Sputnik. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun koronavirusa yoluxması təsdiqlənib.

Sputnik Azərbaycan apasport.az saytına istinadən bildirir ki, bu, Premyer Liqanın XI turunun “Sənail”lə matçından (1:1) sonra açıqlanıb.

Bildirilib ki, dünən “Qarabağ”la Ağdama getməyən və bu gün komandanı meydana çıxarmayan 48 yaşlı mütəxəssisin səhhətindəki problem virusla bağlı olub. Qurbanovun koronavirus testi müsbət nəticə verib.

22
Teqlər:
Qurban Qurbanov, Qarabağ FK, yoluxma, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Topçu Vüsal məsələsində son nöqtə qoyuldu - "Məqsədimiz..."

10
"Az-Granata" MMC-nin PR meneceri: "Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Vətən müharibəsinin qəhrəmanlarından olan topçu Vüsal Şahkərimovu məşhurlaşdıran fotonun spirtli içki şüşəsinin üzərinə vurulması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İctimaiyyətdə qəhrəman topçunun şəklinin spirtli içki şüşəsində əks olunması geniş narazılığa səbəb olub. Əsgərin atası İslam Şahkərimov bildirib ki, şərab istehsalçılarına şifahi şəkildə razılıq verib: "Bir az əvvəl həmin adamlar yenə mənə zəng etmişdilər. Dedilər ki, Vüsal özü bu məsələyə nə deyir, əsas odur. Mən də belə düşünürəm ki, razılıq verməklə səhv etmişəm. Görürəm ki, camaatdan da xeyli narazılıq var. Elə az əvvəl Vüsalla da danışdım. Dedi ki, fotomun içki şüşəsinin üstünə vurulmasına etiraz edirəm".

"Az-Granata" MMC-nin PR meneceri Ülvi Günəşli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq topçu Vüsal Şahkərimovla bağlı məsələ bağlanıb: "Qeyd edim ki, üzərində topçu Vüsal Şahkərimovun şəkli olan spirtli içki istehsala verilməmişdi. Sadəcə olaraq bu barədə məlumat paylaşılmışdı. "Az-Granata" MMC Vüsalın valideyni ilə danışaraq həm şifahi, həmçinin də rəsmi razılığını almışdı. Sadəcə olaraq bu məsələdə ictimaiyyətin fikrini nəzərə aldıq. Həmçinin topçumuz özü də şəklinin spirtli içki şüşəsində olmasına razı olmayıb. Biz də bütün bunları nəzərə alaraq bu məsələni qapatdıq".

Ü.Günəşli iddia edir ki, əslində bu məsələdə şirkətin məqsədi tamamilə başqa olub: "Bizim fikrimiz ictimaiyyətə düzgün çatdırılmadı. Şirkətimiz Vüsalın şəklinin vurulduğu kitabların çapına da sponsorluq etmək niyyətində idi. Bizim qədim tarixi adları daşıyan məhsullarımız var. Həmin məhsullar gələn qonaqlara təqdim edildikdə tariximizlə bağlı məlumatlar da verilir. Bizim üzərində topçu olan spirtli içkini bir dəfə istehsal etmək fikrimiz vardı. Bu şəkilin seçilməsində məqsəd Azərbaycan Ordusunun mərdliyini, cəsarətini nümayiş etdirmək idi".

Qeyd edək ki, əslən Xaçmaz rayonundan olan 19 yaşlı topçu Vüsal Şahkərimov Vətən müharibəsinin minlərlə qəhrəmanından biridir.

10