Banan, arxiv şəkli

Banan qabığına görə 4 illik qadağa gəldi

90
(Yenilənib 22:01 19.12.2018)
Averof Panteli adlı azarkeş “Arsenal”ın qabonlu futbolçusu Pierre-Emerik Aubameyanga, sonuncu qol vurandan sonra banan qabığı atıb

BAKI, 20 dekabr — Sputnik. İngiltərə Premyer Liqasında irqçiliklə mübarizə çərçivəsində vacib qərar qəbul edilib.

Sputnik Türkiyə xəbər verir ki, çempionatın 14-cü həftəsində “Arsenal”-“Tottenhem” oyununda meydançaya banan qabığı atıblar. Bundan sonra meydana banan qabığı atan azarkeşin 4 il müddətinə stadiona buraxılmaması barədə qərar qəbul edilib.

Oyun 4-2 hesabı ilə “Arsenal”ın xeyrini başa çatıb. “Tottenhem” tərəfdarı olan Averof Panteli adlı azarkeş “Arsenal”ın qabonlu futbolçusu Pierre-Emerik Aubameyanga, sonuncu qol vurandan sonra banan qabığı atıb. Bununla da o, qara dərili oyunçunu “meymun” deyə təhqir etmək istəyib.

​Məhkəmə qərarı ilə həmin azarkeşə oyunları canlı izləmək üçün 4 il müddətinə stadionlara getmək qadağan edilib.

“Tottenhem” klubu isə Pantelinin ömürlük bu komandanın meydanına buraxılmaması barədə qərar qəbul edib. Azerkeş ayrıca olaraq, 635 funt-sterlinq məbləğində də cərimə olunub.

90