Joze Mourinyo

Mourinyonun hotel xərci ağılları başdan aldı

115
(Yenilənib 21:47 19.12.2018)
Tanınmış məşqçinin otel xərci 670 milyon dolları keçdi

BAKI, 20 dekabr — Sputnik. "Manchester United" futbol klubunda məşqçiliyə başladığı gündən mehmanxanada qalan Joze Mourinyonun hotel xərci açıqlanıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, 2016-cı ilin iyulundan etibarən "Lowry" hotelində qalmağa başlayıb. Artıq klubdan qovulan Mourinyonun həmin hoteli də tərk etdiyi bildirilir.

Medianın diqqətini çəkən əsas məsələ isə 2 il ərzində klub rəhbərliyi tərəfindən Mourinyonun bu hoteldə qalması üçün xərclənən vəsait olub. Açıqlanan rəqəmlərə görə, klub rəhbərliyi tərəfindən Mourinyonun 2 il 6 ay ərzində "Lowry" hotelində qalması üçün 671 min dollar xərclənib.

115