Qarabağ Lüksemburq çempionu Düdelanj qarşı oyunda

“Qarabağ” Avropa Liqası ilə vidalaşdı

44
(Yenilənib 02:20 14.12.2018)
E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib

BAKI, 14 dekabr - Sputnik. Avropa Liqasında qrup mərhələsinə yekun vurulub. Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” avrokubok mövsümündə son oyununu keçirib.

E qrupunda mübarizə aparan Qurban Qurbanovun yetirmələri VI turda İngiltərə “Arsenal”ı ilə üz-üzə gəlib. Qrup birinciliyini təmin edən London klubu üçün ev oyunu formal xarakter daşısa da, londonlular təmsilçimizə güzəştə getməyiblər - 1:0.

Bu nəticə ilə xalı 3-də qalan "Qarabağ" qrupu sonuncu yerə başa vurub.

44