BAKI, 11 dekabr — Sputnik. Yeniyetmə və gənclərdən ibarət milli komandamız 14-16 dekabr tarixlərində İtaliyanın Venesiya şəhərində mövsümün son Liqa turnirinə yollanır.
Karate Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Dünya Karate Federasiyasının (WKF) bu ildən təşkil etdiyi Gənclər liqası turnirinin yekun yarışında 12 idmançımız iştirak edəcək. Baş məşqçi Anar Allahverdiyev və böyük məşqçi Qurban Tağıyev, eləcə də kata üzrə baş məşqçi Vahid Ayvazov və böyük məşqçi Vüqar Kərimov nüfuzlu turnirdə əsasən liderlərin iştirak etməsinə üstünlük verib.
14-15 yaşlı yeniyetmələr arasında Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-63 kq), Fidan Dadaşova (-48 kq), Emin Namazov (kata), 16-17 yaşlı gənclərdə isə Əminağa Quliyev (-61 kq), Tural Yaqubov və Fərid Ağayev (-68 kq), Musa Sarızadə və Abbas Dadaşov (+76 kq), Mədinə Sadıqova (-48 kq), Polina Qurenko (-53 kq) və Jeyhun İsmayılov (kata) tatamiyə çıxacaq.
Məşqçilər A.Allahverdiyev, Denis Morozov, Gündüz Mahmudov və Əbülfət Qarayevdən başqa, beynəlxalq hakim V.Kərimov da Gənclər Liqasına yola düşür. Bu yarış 2018-ci ildə Azərbaycan karateçilərinin iştirak edəcəyi son rəsmi turnir olacaq.
BAKI, 22 fevral — Sputnik. Peşəkar karyerasını bitirdiyini elan edən məşhur rusiyalı döyüşçü Həbib Nurməhəmmədov karyerası haqqında film çəkilişləri üçün Hollivudla çalışdığını və "Oscar" qazanmağı planlaşdırdığını söyləyib.
Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, döyüşçü hazırda sənədli film üzərində işləyir: "Təxminən bir il yarım lazımdır. "Oscar" qazanmaq istəyirik. 20 dəqiqə ərzində "Oscar"lıq film çəkmək o qədər də asan deyil. Hollivudla birlikdə işləyirik. Çox güman ki, dərhal kinoteatrlarda nümayiş olunacaq. Bu normal bir hekayədir, dağdan gələn oğlan çəki kateqoriyasından asılı olmayaraq ən yaxşı döyüşçü oldu, məğlub olmadı".
Xatırladaq ki, 32 yaşlı Nurməhəmmədov Castin Qeyjini UFC 254 turnirinin ikinci turunda "üçbucaq" boğma fəndindən istifadə edərək məğlub edib. Döyüşdən sonra rusiyalı karyerasını bitirdiyini elan edib. Onun hesabında 29 MMA döyüşündə 29 qələbə, o cümlədən UFC-nin 13 döyüşündə 13 qələbə var.
BAKI, 21 fevral - Sputnik. Futbol ulduzu Ronaldinyo Qauçonun anası koronavirusdan vəfat edib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Mundo Deportivo xəbər yayıb.
Ronaldinyo 71 yaşlı anası Migelinanın xəstəxanaya aparıldığını hələ ötən il dekabrın 21-də sosial şəbəkədə yazmış, anasının intensiv terapiya şöbəsinə yerləşdirildiyini və həkimlərin tam qayğısı ilə əhatə olunduğunu demişdi.
😔 ¡LAMENTABLE NOTICIA DESDE BRASIL!
— Telemundo Deportes (@TelemundoSports) February 21, 2021
😥 La madre de @10Ronaldinho falleció a sus 71 años por #COVIDー19.
Conoce los detalles 👉👉 https://t.co/Ij426baAg8 pic.twitter.com/vruYSmWN1M
Ronaldinyo 2018-ci ildə futbolçu karyerasına son qoyub. O, 2003-2008-ci illərdə "Barselona"nın heyətində iki dəfə İspaniya çempionu, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
BAKI, 26 fevral — Sputnik. Qələbimiz Xocalı qurbanlarının ruhlarını şad edir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Xocalı soyqrımının 29-cu ildönümü ilə bağlı ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı universitetin rektoru Hafiz Paşayev bildirib.
"Bu gün Ermənistan-Azərbaycan münaqişəsi tarixində ən faciəli gündür. Xocalı qurbanları həmişə Azərbaycan xalqı tərəfindən yad edilib. Bugünkü anım tədbiri çox önəmlidir. Çünki Azərbaycan Vətən müharibəsində qələbə qazandıqdan sonra ilk dəfə anım tədbiri keçirilir. Cənab Prezidentin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad edib. Vətən müharibəsi zamanı 3 minə yaxın hərbçi və onlarla mülki şəxs şəhid olub. Düşünürəm ki, şəhidlərimizin siyahısına Xocalı qurbanlarının adlarını da daxil edə bilərik", - deyə Hafiz Paşayev bildirib.