Qarabağ FK, arxiv şəkli

“Qarabağ” Qurbanovun “qisasını” aldı

141
(Yenilənib 21:14 09.12.2018)
Qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0

BAKI, 9 dekabr — Sputnik. Futbol üzrə Azərbaycan Premyer Liqasının XIV turunda daha bir qarşılaşma keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, “Dalğa Arena”da baş tutan görüşdə “Zirə” “Qarbağ”la üz-üzə gəlib. Qarşılaşma Ağdam təmsilçisinin böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qurban Qurbanov
© Sputnik / Murad Orujov

Dani Kintana 29 , 34 və 56-cı dəqiqələrdə fərqlənməklə het-trik edib. Komandanın digər qollarını 42-ci dəqiqədə Mahir Mədətov və 82-ci dəqiqədə Miçel Madeyra vurub. Adrian Skarlatake isə 90+1-ci dəqiqədə avtoqol müəllifi olub.

Bu nəticədən sonra “Zirə” 10 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb. “Qarabağ” isə 30 xalla ikinci yerdədir.

Günün ilk oyununda “Keşlə” “Sabah”ı 2:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmada "Səbail" - "Qəbələ" ilə heç-heçə oynayıb. Tura "Neftçi" - "Sumqayıt" qarşılaşması ilə yekun vurulacaq.

141
Teqlər:
qələbə, Qurban Qurbanov, futbol, Qarabağ FK