Qarabağ-Sportinq oyunu

"Qarabağ" Bakıda biabırçı hesabla məğlub oldu

83
(Yenilənib 23:48 29.11.2018)
"Qarabağ" qrupda 4-cü məğlubiyyətini aldı

BAKI, 29 noyabr - Sputnik. Futbol üzrə "Qarabağ" klubu UEFA Avropa Liqasının V turunda Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşıb.

Bakıda keçən görüşdə hesabı 5-ci dəqiqədə penaltidən qonaqların oyunçusu Dost açıb - 0:1. 14-cü dəqiqədə Zubir cavab topunu vurub - 1:1. 20-ci dəqiqədə Fernandeş portuqaliyalıları irəli çıxarıb - 1:2. Nani isə 33-cü dəqiqədə hesab arasındakı fərqi artırıb - 1:3. Birinci hissə bu hesabla qurtarıb - 1:3.

İkinci hissədə, 65-ci dəqiqədə Dyabi 4-cü topu "Qarabağ"ın qapısından keçirib. 75-ci dəqiqədə Fernandeş beşinci topu vurub. 82-ci dəqiqədə isə Dyabi son nöqtəni qoyub - 1:6.

Beləliklə, "Qarabağ" bu qrupda keçirdiyi 5 oyundan 4-də məğlub olub.

83