Səbinə Əzimova

Səbinə Əzimova Azərbaycan Kubokunun qalibidir

27
(Yenilənib 17:04 29.11.2018)

 

BAKI, 29 noyabr — Sputnik. 29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku start götürüb. Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Ağır Atletika Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən edən zərif cinsin nümayəndələrinin mübarizəsindən Səbinə Əzimova qalib ayrılıb. 18 yaşlı atlet toplam 172 kq (75+97) nəticə və 253.22 Sinkleyr xalı ilə təcrübəli rəqiblərini üstələməyi bacarıb. İkinci yerə 171 kq (78+93) nəticə və 233.29 xalla Boyanka Kostova, üçüncü yerə isə 164 kq (72+92) nəticə və 213.11 xalla Firuzə İbrahimova çıxıb.

 

27