Шоколад, фото из архива

Tanınmış baş məşqçi futbolçulara şokolad yeməyi tapşırdı

46
Ançelotti futbolçuların yeməklərinə də diqqət ayırıb və komanda üzvlərinə məşqdən sonra şokolad, avokado və quru meyvələr yeməyi tapşırıb.

BAKI, 24 noyabr - Sputnik. İtaliyanın "Napoli" klubunun baş məşqçisi Karlo Ançelotti komandanın sabiq baş məşqçisi Maurisio Sarri tərəfindən hazırlanan məşq prosesini dəyişib.

"Report" xəbər verir ki, 59 yaşlı mütəxəssis təlim prosesini yüngülləşdirib.

İtaliyalı məşqçi oyunöncəsi toplanışları ləğv etməklə yanaşı, futbolçulara ailələri ilə daha çox vaxt keçirməyə icazə verib. Lakin o, şərt irəli sürüb ki, oyunçular səhər və nahar yeməyini klubun bazasında etməlidirlər.

K.Ançelotti futbolçuların yeməklərinə də diqqət ayırıb və komanda üzvlərinə məşqdən sonra şokolad, avokado və quru meyvələr yeməyi tapşırıb. 

Qeyd edək ki, Karlo Ançelotti mövsümün əvvəlindən "Napoli"yə rəhbərlik edir. Komanda İtaliya A Seriyasında 12turdan sonra 28 xalla ikinci pillədə qərarlaşıb. 

46
Dieqo Armando Maradona, arxiv şəkli

Əfsanəvi Dieqo Maradona vəfat etdi

58
(Yenilənib 20:55 25.11.2020)
Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının futbol üzrə dünya çempionu olmasında həlledici rol oynayıb.

BAKI, 25 noyabr - Sputnik. Dünya futbolunun əfsanəsi Dieqo Armando Maradona dünyasını dəyişib.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, argentinalı hücumçu 60 yaşında vəfat edib. O, bir neçə gün əvvəl La-Plata klinikasında beyin əməliyyatı keçirdiyinə baxmayaraq, ölümü başqa səbəbdən olub. Maradona infarktdan həyatını itirib. 

Dieqo Maradona 1986-cı ildə Argentina yığmasının dünya çempionu olmasında həlledici rol oynayıb.

Dieqo Armando Maradona 1960-cı il oktyabr ayının 30-da Argentinanın Villa Fiorito şəhərində anadan olub. Futbol karyerasına 10 yaşından başlayıb. 1976-cı ildə "Argentinos Xuniors" klubunda ölkə çempionatı matçına çıxan Maradona 1979-cu ildə keçirilən gənclər arasında dünya çempionatına qatılıb.

O, 1982-ci ildə o dövr üçün rekord məbləğə – 4 milyon dollara İspaniya "Barselona"sına transfer olub. İki il sonra İtaliya "Napoli"sinə keçən Maradona Neapolda 1991-ci ilədək qalıb. O, Argentina millisinin şərəfini qoruduğu 91 matçda 34 qol vurub.

1986-cı ildə Argentina yığmasının qızıl medal qazandığı dünya çempionatında Maradonanın 1/4 finalda İngiltərə yığmasının qapısından əl ilə keçirdiyi top uzun müddət müzakirə mövzusu olub. Səbəbkarın özü hakimin hesaba aldığı topu "tanrının əli" vasitəsilə qapıdan keçirdiyini bildirib.

1991-ci ildə İtaliya çempionatı matçından sonra dopinq-testdən keçən Maradonanın kokain qəbul etdiyi aşkarlanıb. İki il sonra İspaniya "Sevilya"sına transfer olan futbolçu 1994-cü il dünya çempionatında forma geyib. Lakin onun yenə qadağan olunmuş dərman preparatı qəbul etdiyi ortaya çıxdığından, 15 aylıq diskvalifikasiya olunaraq, yarışdan kənarlaşdırılıb.

Cəzalı olduğu müddətdə o, vətənində "Deportivo Mandiyu" və "Rasinq" klublarında baş məşqçi kimi çalışıb, diskvalifikasiyası başa çatdıqdan sonra isə o, "Boka Huniors"a qayıdıb. Lakin kokain aludəçiliyindən qurtula bilməməsi üzündən 1997-ci ildə futbolçu karyerasını başa vurub.

Eniş-çıxışlarla, qalmaqallarla zəngin həyatına baxmayaraq, Maradona 2000-ci ildə FİFA tərəfindən braziliyalı Pele ilə birgə XX əsrin ən yaxşı futbolçusu seçilib. Lakin o, təntənəli mərasimdə öz mükafatını aldıqdan sonra Pelenin də təltif olunmasını gözləmədən zalı tərk edib. O, ertəsi gün verdiyi açıqlamada yalnız özünü dünyanın ən yaxşı futbolçusu hesab etdiyi üçün belə addım atdığını bildirib.

58
Teqlər:
Argentina, hücumçu, Dieqo Maradona, Vəfat
Qalatasaray azarkeşləri, arxiv şəkli

Türkiyənin məşhur klubundan şəhidimizlə bağlı jest

42
(Yenilənib 21:08 24.11.2020)
"Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Muradın səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar.

BAKI, 24 noyabr — Sputnik. "Qalatasaray"ın növbəti oyunlarından birində stadionda şəhidimiz Murad Məmmədovun səs yazısı səslənəcək, oyunçular Fərid yazılı forma ilə oyuna çıxacaqlar. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə CBC Sportun idman şərhçisi Gündüz Abbaszadə məlumat yayıb. O bildirib ki, şəhidin ailəsi "Qalatasaray"ın oyununa dəvət olunacaq. Klub şəhidimizin məzarını ziyarət edəcək: ""Qalatasaray" prezidentinin köməkçisi Yusuf Günay bir az əvvəl telefon danışığımızda mənə bunları dedi. Fərid və Muradın ailəsinin nömrələrini də istədi. Tapdıq, göndərdik. Bununla yanaşı, Türkiyə TV-lərində bu haqda xəbərlər olacaq. Ümid edirəm, ruhları şaddır!"

Xatırladaq ki, Vətən müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Fərid Dursunovun son istəklərindən biri azarkeşi olduğu Türkiyənin "Qalatasaray" klubu ilə bağlı olub. Qax rayonundan olan Fərid "Şəhid olsam, məzarıma Azərbaycan bayrağı ilə yanaşı "Qalatasaray"ımın bayrağını da asarsınız", - deyə dostlarından xahiş edib. Şəhidlik zirvəsinə ucalandan sonra isə yoldaşları onun bu istəyini yerinə yetiriblər. Qəhrəmanımızın məzarına üçrəngli Azərbaycan bayrağı ilə yanaşı, "Qalatasaray" bayrağı da asılıb. Eyni zamanda sosial şəbəkələrdə gəncin dostları və digər fəallar məsələ ilə bağlı "Qalatasaray" klubunun rəhbərliyinə məlumat verdiklərini bildiriblər. Qeyd edilib ki, klub rəsmiləri də şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə müəyyən rəsmi addımlar atacaqlarını vurğulayıblar.

42
Teqlər:
bayraq, arzu, Qax, azərbaycanlı, şəhid, "Qalatasaray" futbol klubu, Türkiyə
Kənd məktəbi, arxiv şəkli

Ucqar kəndlərdə məktəblərin azkomplektli formada fəaliyyətinə yol veriləcək

0
(Yenilənib 08:09 26.11.2020)
Bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

BAKI, 25 noyabr — Sputnik. Ucqar kənd yerlərində şagirdlərin sayından asılı olmayaraq, ibtidai və ümumi orta ümumtəhsil məktəblərinin azkomplektli formada fəaliyyətinə yol veriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin dünən təsdiqlədiyi "Təhsil haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanunda əksini tapıb.

Qanuna əsasən, şagirdlərin sayı az olan ibtidai siniflərdən komplekt siniflər təşkil olunacaq.

0
Teqlər:
ümumtəhsil məktəbləri, "Təhsil haqqında" Qanun, Prezident İlham Əliyev, məktəb