Dünya çempionatı, Argentina-İslandiya görüşü

Azərbaycan yığması Millətlər Liqasında çıxışını başa vurdu

146
Azərbaycan yığması UEFA Millətlər Liqasının bu mövsümündə son oyununu keçirib

BAKI, 21 noyabr - Sputnik. UEFA Millətlər Liqasının VI turunda Kosovo və Azərbaycan yığmaları arasında oyun keçirilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Priştinada keçirilən oyunda hesab 2-ci dəqiqədə açılıb. Meydan sahiblərinin 10 nömrəli oyunçusu Arber Zeneli komandasını hesabda irəli çıxarıb - 1:0.

Birinci hissə bu hesabla başa çatıb.

İkinci hissədə, 50-ci dəqiqədə Zeneli komandasının ikinci qolunu vurub - 2:0. 61-ci dəqiqədə Amir Rahmani üçüncü topu qonaqlaırn qapısından keçirib - 3:0.

76-cı dəqiqədə Arber Zeneli görüşdə özünün üçüncü topunu vurub - 4:0.

Oyun bu hesabla başa çatıb və C liqasına yeganə vəsiqəni 14 xal toplamış Kosovo millisi qazanıb. Azərbaycan yığması 9 xalla ikinci yeri tutub.

146