Futbol üzrə Azərbaycan millisi

Azərbaycan millisi üçün həlledici gündür

206
(Yenilənib 10:33 20.11.2018)
Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək

BAKI, 20 noyabr — Sputnik. Bu gün Azərbaycanın futbol üzrə milli yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq. Sputnik Azərbaycan xəbər verir ki, milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq.

Priştinadakı "Fadil Vokrri" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimiz hal-hazırda 9 xalla ikincidir. Rəqibimiz Kosova yığması isə 11 xalla birincidir.

Xatırladaq ki, millimiz qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək.

206
Teqlər:
futbol, Millətlər Liqası, UEFA Millətlər Liqası, milli yığma
Əlaqədar
Karate milli yığması əsas məqsədini açıqladı
Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır
Milli yığmamız tam heyətlə hazırdır
Milli yığmamız növbəti sınaqdan üzüağ çıxdı