Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Kosovo yığmasının baş məşqçisi Azərbaycanı favorit sayır

© Sputnik / Anton Denisov / Mediabanka keçidQapıda top
Qapıda top - Sputnik Azərbaycan
Abunə olmaq
Kosovo yığmasının baş məşqçisi: "Azərbaycanı favorit sayıram"

BAKI, 19 noyabr - Sputnik. "Sabah bizi çox maraqlı oyun gözləyir. Hələ əvvəldən demişdim ki, bizi Priştinada final oyunu gözləyir. Belə də alındı. Azərbaycanı favorit sayıram. Şanslar 50/50-dir. Azərbaycan yaxşı komandadır. İlk oyunda yaxşı çıxış etdi. Amma o oyundan sonra artırmışıq. Sabah doğma azarkeşlər qarşısında bizi maraqlı qarşılaşma gözləyir".

"Report" xəbər verir ki, bunu Kosovo yığmasının baş məşqçisi Bernar Şalland Azərbaycanla keçirəcəkləri UEFA Millətlər Liqasının VI tur matçından əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb. 

Футбольный матч Карабах – ПАОК (Греция) - Sputnik Azərbaycan
İDMAN
"Qarabağ" Bakıdakı məğlubiyyətin əvəzini çıxdı

- Azərbaycanı favorit qismində görməyinizin səbəbi nədir?

- Hər şey çox sadədir. İlk növbədə, bunu FİFA reytinqi göstərir. Digər tərəfdən, təcrübə məsələsi var. Azərbaycan illərdir seçmə mərhələlərdə çıxış etdiyi halda, biz yalnız Rusiyadakı dünya çempionatının seçmə mərhələsində iştirak etmişik. Həm də rəqib komandanın baş məşqçisi həmişə "Rəqib favoritdir" deyir.

- Siz həmişə gözəl oyun göstərməyə çalışırsınız. Bu, sabah da prioritet olacaq, yoxsa nəticə üçün oynayacaqsınız? 

- Oyun fəlsəfəm hücum futboludur. Bunu dəyişə bilmərəm. Bəzən futbol məntiqsiz olur. Hücum etməyən tərəf də uda bilər. Gözəl futbol oynayıb risk etsən də, qalib gəlmək şansın var. 11 futbolçunun hamısı müdafiədə yata bilər. Amma bu, komandaya uğur gətirməz. Komandadan gedə bilərəm, amma bilməliyəm ki, komandam hücum etdi və qələbə üçün hər şeyi etdi.

- Dünya çempionatının seçmə mərhələsində 9 məğlubiyyət aldınız. Amma eyni oyunçular və baş məşqçi ilə nəticənin 180 dərəcə dəyişməsinin səbəbi nədir?

- Dəyişən sizsiniz (gülür). Ən çox rolu futbolçular oynadılar. Amma onu da əlavə edim ki, bu iki seçmə mərhələni bir-biri ilə müqayisə etmək düzgün deyil. Dünya çempionatının seçmə mərhələsi ilə müqayisədə indiki rəqiblər onlardan qat-qat zəifdir. Bununla yanaşı, öz üzərimizdə işləyirik. Oyunçular da artırmalıdırlar. 

Millətlər Liqası. D Divizionu, III Qrup. Azərbaycan-Farer adaları matçı. Bakı Olimpiya Stadionu, 17 noyabr 2018-ci il - Sputnik Azərbaycan
FOTO
Azərbaycan millisi Farer adalarına qalib gəlib

- Azərbaycan - Farer adaları matçında nələr diqqətinizi cəlb etdi?

- Hər bir rəqibin oyununa bir neçə dəfə baxıram. Hər bir matçda bütün məqamları seçirəm ki, futbolçulara göstərim. Azərbaycan - Farer adaları matçına baxmamışam. Sadəcə, görmüşəm ki, Azərbaycan 90 dəqiqə topa nəzarət edirdi, ikinci rəqib meydanda yox idi. İki qol vurduqdan sonra topa nəzarət etdilər. Farer adaları yığması ikinci hissədə bir dəfə rəqib meydanına yaxınlaşdı. Bu, bir daha göstərir ki, Azərbaycan oyunun favoritidir.

- Postunuzdan getməyə hazır olduğunuzu dediniz. Bu, onu göstərir ki, komandanız məzmunlu oyun göstərməyinə baxmayaraq, vəzifənizdən istefa verəcəksiniz?

- Baş məşqçi kimi biz həmişə istənilən vəziyyətə hazırıq. İndi bu barədə düşünmürəm. Öz işimi yaxşı görməyə çalışıram. Hər şey tez dəyişə bilər. Vətənə qayıdası olsam, bu, mənim üçün fəlakət olmayacaq. Çünki futbolçularımı sevirəm və hər zaman buradan ayrılmağa hazıram. 

Xəbər lenti
0