Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı hakim UEFA Millətlər Liqasında oyun idarə edəcək

© Sputnik / Владимир Сергеев / Mediabanka keçidDÇ-2018, İngiltərə - Kolumbiya, əsas və əlavə vaxtdan sonra vurulan penaltilər
DÇ-2018, İngiltərə - Kolumbiya, əsas və əlavə vaxtdan sonra vurulan penaltilər - Sputnik Azərbaycan
Abunə olmaq
Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq

BAKI, 16 noyabr — Sputnik. Azərbaycanlı FIFA referisi Əliyar Ağayevilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb. Sputnik Azərbaycan AFFA-nın saytına istinadən xəbər verir ki, Əliyar Ağayev B Liqasının IV qrupunda keçiriləcək Danimarka-İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Qeyd edək ki, noyabrın 19-da Orxus şəhərindəki "Ceres Park" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər lenti
0