Qadın güləşi üzrə Azərbaycan yığmasının üzvləri 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb

Qadın güləşçilərimizi ağır sınaq gözləyir

10
(Yenilənib 12:58 16.11.2018)
65 kiloda bizi təmsil edən Elis Manolova isə birinci mərhələni qələbə ilə başa vurub

BAKI, 16 noyabr — Sputnik. Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir. Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.

Ukraynalı legionerimiz Alyona Kolesnik (57 kq) təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, yarışda növbəti mərhələyə keçib. Kolesnik 1/4 finalda Kanadanı təmsil edən idmançıya qalib gələ bilməyib. Amma onun rəqibi finala yüksəldiyi üçün idmançımız bu gün təsəlliverici görüşə çıxacaq.

65 kiloda bizi təmsil edən Elis Manolova isə birinci mərhələni qələbə ilə başa vurub. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançını məğlub edib və yarımfinala yüksəlib. Orada da qalib gələn idmançımız finalda gücünü sınayacaq.

10
Əlaqədar
15 güləşçimiz Dünya Güləş Birliyinin reytinq siyahısına düşüb
Bakıda dünyanın ən güclü güləş turnirlərindən biri keçiriləcək
Sərbəst güləş yığmamız bu mötəbər yarışda iştirak edəcək
Güləş federasiyasında növbəti narazılıq: Maaşlar yenə gecikdirilir
Güləş üzrə milli yığmamız Dünya Çempionatına tam hazırdır