MMA döyüşləri, arxiv şəkli

Ermənilər Moskvada idman yarışında kütləvi dava saldılar - VİDEO

6608
(Yenilənib 04:51 11.11.2018)
Hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib

BAKI, 11 noyaber — Sputnik. Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut" turnirində dava düşüb.

Sputnik Azərbaycan xəbər verir ki, baş verənlərin videosunu idman jurnalisti Yaroslav Stepanov öz Instagram səhifəsind yerləşdirib.

 

 

Hadisə Georgi Qaraxanyanla Timur Naqibinin döyüşündən sonra baş verib. Qaraxanyan hakimi aldadaraq, Naqibinin təslim olduğunu iddia edib. Naqibin hakim döyüşü saxladıqdan sonra hirslə rəqibinə zərbə endirdiyinə görə yarışdan kənarlaşdırılıb, qələbə Qaraxanyana verilib.

Naqibinin komandası paltardəyişmə otağına gedərkən ermənilərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib. OMON müdaxiləsi erməniləri sakitləşdirib.

6608
Teqlər:
erməni, döyüş, MMA, Moskva
Əlaqədar
Həbiblə döyüş üçün rekord məbləğ istədi – Yarım milyard dollar
Həbibin döyüş vaxtı Makqreqora dediyi sözlər bilindi
Dünyanın gündəmini tutan döyüş: Həbib bunu etməliydi, yoxsa yox?
Güləş, arxiv şəkli

Fransa Güləş Federasiyası loqoda bayrağımızın olmamasına görə üzr istədi

23
(Yenilənib 11:47 14.01.2021)
Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev səsləndirilən narazılıqlara aydınlıq gətirib.

BAKI, 14 yanvar — Sputnik. Fransanın Nitsa şəhərində keçiriləcək güləş üzrə Qran-pri turnirinin təşkilatçıları Azərbaycan bayrağının yarışın loqosunda yer almamasına görə üzr istəyib.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasının Mətbuat katibi Sərxan Musalı məlumat verib.

O bildirib ki, məsələ ilə bağlı dərhal Fransa Güləş Federasiyası ilə əlaqə saxlayıblar: "Onlar qeyd etdilər ki, üzrlü hesab edin, bu, daha əvvəl hazırlanmış loqodur və burada bəzi yarış iştirakçılarının bayraqları yoxdur. Loqoda daha əvvəl bu yarışda olan ölkələrin bayraqları həkk olunub. Buna görə nəzərə alınmayıb. Loqoda elə ölkələrin bayraqları var ki, bu yarışda iştirak etmirlər. Həmin loqo 2020-ci ildə də istifadə edilib. Sadəcə, diqqətsizlik olub və bizə üzürxahlıq etdilər. Təşkilatçılıqla bağlı problem belə ola bilərdi ki, yarış nəkanında bayrağımız olmazdı. Amma bununla bağlı problem olmayacaq".

Federasiya rəsmisi təşkilatçılar tərəfindən heç bir soyuq münasibət görmədiklərini sözlərinə əlavə edib: "Mənfi nəsə hiss etməmişik. Ümumiyyətlə, problem olsaydı, bizim komandalara viza verməz, iştiraklarına problem yaradardılar. Arxivə də nəzər saldıq, Dünya Güləş Birliyinin saytında 2014-cü ildən sonrakı yarışları görmək mümkündür. 2019-cu ilə qədər bu yarış Qran-pri statusu almayıb. 2019, 2020 və 2021-ci illərdə artıq Qran-pri statusu ilə təşkil edilib. Yəni, həmin vaxta qədər ciddi yarış hesab edilmirdi. 2019-cu ilə qədər yalnız qadın və sərbəst güləşçilər arasında keçirilib. 2020 və 2021-ci illərdə isə güləşin hər üç növü proqrama daxil edilib. Biz 2020-ci ildə ilk dəfə bu yarışa qatılmışıq. Həmin vaxt yunan-Roma güləşi üzrə yığma komanda iştirak edib. Bu il isə həm yunan-Roma, həm də sərbəst güləşçilərimiz mübarizə aparacaq. Artıq təşkilatçılar bu çatışmazlığı aradan qaldırıblar və loqoya Azərbaycan bayrağını da yerləşdiriblər".

Qeyd edək ki, Qran-pri 15 - 17 yanvarda olacaq.

23
Bakı Olimpiya Stadionu, arxiv şəkli

"UEFA-2020" ilə bağlı vergidən azadolmanın müddəti artırıldı

10
Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi.

BAKI, 12 yanvar - Sputnik. Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliklər "UEFA-2020" futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVID-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

10

"Adiləşmiş problem" gələcəyimizi əlimizdən alır, çarəsi isə əks-təbliğatdır

3
(Yenilənib 11:57 19.01.2021)
Qeyd edilib ki, insan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 yanvar — Sputnik. Son zamanlar sosial şəbəkələrdə narkotik vasitələrin təbliğinə rast gəlinir. Bu sahədə hüquq mühafizə orqanları mübarizə aparsa da, təəssüf ki, bu kimi halların qarşısını almaq mümkün deyil. 

Saxta profil arxasında gizlənən şəxslər narkotik vasitələri təbliğ edərək satışı ilə məşğul olurlar. Onsuz da hər kəsin üzünə açıq olan sosial şəbəkələr gənclər və uşaqlar üçün təhlükə mənbəyinə çevrilir.

Bəs uşaqlarımızı sosial şəbəkənin təhlükəsindən necə qoruyaq?

Sputnik Azərbaycan bu məsələyə aydınlıq gətirib.

Psixoloq Zeynəb Eyyubova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə narkotiklərin təbliği bu gün aktual və eyni zamanda artıq adiləşmiş bir problemdir.

"Biz sadəcə olaraq uşaqlarımızı narkotiklərdən uzaq tutmaq üçün əks-təbliğat aparmalıyıq. Bu problemə qarşı uşaqlarımızın immun sistemini gücləndirməliyik. Onları narkotiklərlə bağlı düzgün maarifləndirməliyik. Uşaqlarımız narkotiklərlə küçədə, sosial şəbəkədə və ya digər yerdə qarşılaşa bilərlər. Əsas odur ki, uşaqlar və gənclər bu problemlə əlaqədar maarifləndirilmiş olmalıdırlar", - deyə o əlavə edib.

O ki qaldı sosial şəbəkələrdə narkotiklərin təbliğatına, qadağa qoymaq məsələsinə, psixoloqun fikrincə, bu, dövlətin səlahiyyətində olan bir məsələdir.

Z.Eyyubova əlavə edib ki, sosial şəbəkələrdə narkotiklərin qarşısının alınması və gənclərin bu problemdən uzaq qalması üçün bloger və jurnalistlər də təbliğat aparmalıdırlar.

Daxili işlər orqanları tərəfindən cinayətkarlığın bütün forma və təzahürlərinə, eləcə də narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə diqqət mərkəzində saxlanılır.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 2019-cu illə müqayisədə 2020-ci ildə 642 kiloqram çox olmaqla, 1 ton 873 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, yabanı halda yetişən 153 tondan çox narkotik xassəli bitki aşkarlanaraq məhv edilib.

"Sosial şəbəkələrlə və digər internet informasiya resurslarından istifadə etməklə narkotik vasitələrin onlayn dövriyyəsi üzrə bir sıra faktlar əsasında şübhəli bilinən şəxslər əməliyyat yolu ilə tutularaq istintaqa təhvil veriliblər. Onlardan ümumilikdə 168 kiloqramdan artıq – 15 kiloqram 322 qram marixuana, 131 kiloqrama yaxın heroin, 10 kiloqram tiryək və digər psixotrop tərkibli, insan sağlamlığı üçün təhlükəli narkotik vasitələr götürülərək qanunsuz dövriyyədən çıxarılıb", - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, insan həyatını və sağlamlığını təhdid edən neqativ hallara qarşı daxili işlər orqanları tərəfindən bütün istiqamətlərdə kompleks profilaktiki tədbirlər davam etdirilir.

3
Teqlər:
uşaqlar, psixoloq, narkotik, sosial şəbəkələr