Həbib Nurməhəmmədov — Konor Makqreqor döyüşü

Həbib Nurməhəmmədovla bağlı son qərar veriləcək

67
(Yenilənib 20:19 01.11.2018)
UFC rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcək

BAKI, 1 noyabr — Sputnik. Mütləq Döyüş Çempionatının (UFC) prezidfenti Deyn Uayt rusiyalı idmançı Həbib Nurməhəmmədovun cəzası ilə bağlı gözlənilənlər haqqında fikir bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Uayt  Nurməhəmmədovun Konor Makqreqor ilə keçirilən yarışdan sonra dava salmasına toxunaraq deyib: "Hər şey Nevada Atletizm Komissiyasının əlindədir. Bilmirəm, nə olacaq. Dekabrda bilinəcək. Ümid edirəm edirəm ki, Həbibi 6 aylıq yarışlardan uzaqlaşdıracaqlar".

O, UFC-nin rusiyalı döyüşçüyə əlavə sanksiyalar tətbiq etməyəcəyini də vurğulayıb.

Xatırladaq ki, Həbib Nurməhəmmədovla Konor Makqreqor arasında döyüşdən sonra zalda dava düşüb. Həbib Konora qalib gələndən sonra irlandiyalının ona söz atan və təhqir edən məşqçilərini vurduğu üçün cərimə olunub. Həm o, həm də Makqreqor müvəqqəti olaraq döyüşlərdən kənarlaşdırılıblar. Nurməhəmmədova döyüşdən qazandığı qonorarın cəmi 50 faizi ödənilib.

67
Teqlər:
cəza, döyüş, Konor Makqreqor, Həbib Nurməhəmmədov, UFC
Əlaqədar
İdman şərhçisi: “Artıq Həbib Nurməhəmmədov dönəminin başladığını demək olar”
Həbib Nurməhəmmədovun başı dərddə: UFC sərt, atası isə amansız qərar verəcək
Nurməhəmmədov Makqreqoru bağışladığını dedi
Həbib Nurməhəmmədov gözlənilən görüşə gedir, yeni video-görüntü yayıldı
Nurməhəmmədova təklif gəldi - 2 milyon dollar nağd pul