Formula-1 yarışları, arxiv şəkli

“Formula 1” dünyanın o başına getdi

26
(Yenilənib 20:07 01.11.2018)
Hanoy şəhərində keçiriləcək yarış 2020-ci ildə təşkil olunacaq

BAKI, 1 noyabr — Sputnik. Dünyada ən çox izlənən avtomobil idman növü olan “Formula 1” daha bir ölkədə keçiriləcək.

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, “Formula 1”-in daha bir mərhələsi ilk dəfə Vyetnamda keçiriləcək. Paytaxt Hanoy şəhərində keçiriləcək yarış ilk dəfə 2020-ci ildə təşkil olunacaq.

Qeyd edək ki, hal-hazırda “Formula 1” 21 ölkədə təşkil edilir. Bu ölkələr sırasında Azərbaycan da var. Növbəti Azərbaycan Qran-Prisi 2019-cu il 26-28 aprel tarixlərində baş tutacaq.

26
Teqlər:
Azərbaycan Qran-Prisi, Formula-1 yarışı, Vyetnam
Əlaqədar
Bakıda keçirilən "Formula 1" yarışının keçiriləcək vaxtı məlum oldu
Formula 1 Azərbaycan Qran Prisindən yeni xəbər var
Nigar Arpadarai Formula 1 azarkeşlərini endirimdən yararlanmağa çağırdı
Formula 1 könüllülər axtarır