Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Formula 1 könüllülər axtarır

© Photo : TRENDВ последний день автогонки FIA Formula 2 в Баку произошла авария
В последний день автогонки FIA Formula 2 в Баку произошла авария - Sputnik Azərbaycan
Abunə olmaq
2019 Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib

BAKI, 29 oktyabr — Sputnik. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 26-28 aprel 2019-cu il tarixlərində keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına başlayıb. 

Nigar Arpadarai - Sputnik Azərbaycan
Nigar Arpadarai Formula 1 azarkeşlərini endirimdən yararlanmağa çağırdı

Bakı Şəhər Halqasından Sputnik Azərbaycan-a verilən məlumata görə, sayca dördüncü dəfə keçiriləcək Azərbaycan Qran Prisinin təşkilatçılıq işlərinə ümumilikdə 3 min könüllünün cəlb olunması planlaşdırılır. Bir sıra yeniliklərin nəzərdə tutulduğu könüllülük proqramına seçilmək üçün namizədlərdən xarici dil bilikləri tələb olunacaq. Müraciət edənlərin sayı çox olduğuna görə seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir könüllü insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, marşal klubu əməliyyatları, inzibati əməliyyatlar, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran Prisində iştirak üçün ən az 16 yaşında olmaq, ingilis dilini əla dərəcədə bilmək (əlavə xarici dil bilənlərə üstünlük veriləcək), gərgin rejimdə işləmək bacarığı, güclü həvəs və əzmkarlıq tələb olunur.

Qeyd edilən tələblərə uyğun hər kəs http://volunteers.bakucitycircuit.com linkinə daxil olaraq könüllü kimi qeydiyyatdan keçə bilər.

 

Xəbər lenti
0