Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Federasiya prezidenti: "Bu bizim işimizdir"

© Sputnik / Anton Denisov / Mediabanka keçidPankration
Pankration - Sputnik Azərbaycan
Abunə olmaq
Əkbər Hadiyev: "Son illər güləş idman növü ilə grapplingin yarışları bir keçirilir və o idman növlərində də çıxış edərək qalibiyyətimiz də az olmayıb"

BAKI, 23 oktyabr — Sputnik. Bu gün Pankration, Grappling və MMA Federasiyası mətbuat konfransı keçirilib. Tədbiri Pankration, Grappling və MMA Federasiyasnın prezidenti Azad Əsgərov açıb. O, öncə hamını salamlayıb: "Məqsədimiz il ərzində keçirilən yarışların və nəticələrin müzakirəsi və qarşıda gələn növbəti yarışlar haqqında məlumat verməkdir. Həm də idmançılarımıza dəstək olmaqdır. Onlara diqqət etməliyik ki, idmandan gətməsinlər. Əksinə onları idmanda saxlamalıyıq. Bu idmançılar gələcəyin məşqçiləridir. Bu bizim işimizdir".

Grapplinq idman növü üzrə baş məşqçi Əkbər Hadiyev də çıxış edərək il ərzində qazandıqları uğurları diqqətə çatdırıb: "Son illər güləş idman növü ilə grapplingin yarışları bir keçirilir və o idman növlərində də çıxış edərək qalibiyyətimiz də az olmayıb".

"Güləş kimi olimpiya idman növü ilə biz bir yarışırıq. Deməli olimpiya idman oyunları ilə birə mübarizə aparırıq. Bu da bizim daha çox inkişaf etməyimiz deməkdir".

MMA idman növü üzrə baş məşqçi Vilayət Quliyev də il ərzində keçirdikləri yarışlardan danışıb: "16-17 sentyabrda Gürcüstanda da yarışdan uğurla geri dönüblər. Noyabrda da Respublika çempionatı keçiriləcək".

Daha sonra Azad Əsgərov digər məşqçilərə söz verib. Onların da fikirləri dinlənilib. 

Xəbər lenti
0