Taleh Nəcəfzadə

"Terminator"u ağır sınaq gözləyir

146
(Yenilənib 23:58 19.10.2018)
Taleh Nəcəfzadənin budəfəki rəqibi braziliyalı Patrick Panquekadır

BAKI, 20 oktyabr — Sputnik. Rinqdə “Terminator” ləqəbi ilə tanınan qaydasız döyüş ustası Taleh Nəcəfzadəni daha bir ağır sınaq gözləyir. Belə ki, idmançımız noyabrın 2-də Rusiyanın Çelyabinsk şəhərində keçiriləcək “M-1 chellenge 98” yarışında iştirak edəcək. “Terminator”un budəfəki rəqibi braziliyalı Patrick Panquekadır.

Qarşılaşma haqqında Sputnik Azərbaycan-a açıqlama verən idmançımız bildirib ki, onu ağır sınaq gözləyir: "Rəqibim çox güclüdür. Boyda da məndən hündürdür. Ona görə də, var gücümlə məşq edib yarışa hazırlaşıram. Əlimdən gələni edəcəyəm ki, bu dəfə də rinqdən qalib kimi ayrılım".

146
Teqlər:
yarış, Çelyabinsk, Rusiya, qaydasız döyüş, Taleh Nəcəfzadə