Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov

Qurbanov: "Qarşılaşmanın əhəmiyyətini dərk edirik"

42
(Yenilənib 14:44 14.10.2018)
"İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq"

BAKI, 14 oktyabr — Sputnik. UEFA Millətlər Liqası turniri çərçivəsində oktyabrın 14-də, saat 20:00-da, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan — Malta oyunu ərəfəsində millimizin baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı təşkil olunub. Sputnik Azərbaycan-ın məlumatına görə, baş məşqçi hər bir oyunun vacib olduğunu deyib:

"Çətin səfərdən sonra bu dəfə doğma meydanda fərqli oyun üslubuna malik komandaya qarşı çıxış edəcəyik. Qarşılaşmanın əhəmiyyətini dərk edirik və bütün fikrimizi bu matça yönəltmişik. İnanıram ki, futbolçularımız yenə ən yaxşı oyunlarından birini nümayiş etdirməyə çalışacaqlar".

"Heyətdə dəyişiklik etməyi düşünmürük. İstər rəqibə qol vurmaq, istərsə də qapımızdan top buraxmamaq üçün diqqətli olmalıyıq. Malta keçirdiyi hər üç oyunda qol vurmağı bacarıb. Sürətli əks-hücumlar qururlar. Onların Kosovo ilə keçirdikləri oyunu izləmişik. Kapitanları Mifsud oynamayacaq. Buna görə sevinmirəm. Əksinə, bu cür futbolçuların hər zaman komandalarına kömək etmələrinin tərəfdarıyam. Mifsud Malta millisi üçün vacib futbolçu olsa da, onun yoxluğunun komandasının oyununa ciddi şəkildə təsir edəcəyinə inanmıram", — Qurbanov bildirib.

42
Teqlər:
futbol, Malta, milli komanda, baş məşqçi, Qurban Qurbanov, UEFA Millətlər Liqası
Əlaqədar
Qurban Qurbanov növbəti oyun öncəsi vəd verdi
Qurban Qurbanov: "Qrupdan çıxa bilərik"
Qurban Qurbanov Malta səfərinin səbəbini açıqladı
Qurban Qurbanov: "Sona qədər mübarizə aparacağıq"
Qurban Qurbanov: “Bu, bizim son şansımızdır”
Canni De Byazi, arxiv şəkli

Futbol üzrə millimizin baş məşqçisi bəlli oldu

110
(Yenilənib 18:39 10.07.2020)
AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir

BAKI, 10 iyul — Sputnik. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisinin kim olacağı artıq bəllidir.

Sputnik Azərbaycan bildirir ki, bu barədə bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclasının gedişində məlum olub. Aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

COVID-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).

Arif Əsədov baş məşqçinin köməkçisi təyin olunsun.

Qeyd: AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Bundan öncə İngiltərənin "Mançester Yunayted" klubunun əfsanəvi futbolçusu, irlandiyalı Roy Kinin (Roy Keane) futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi ola biləcəyi barədə məlumatlar yayılmışdı.

İtalyan Canni di Byazı karyerası ərzində xeyli klub komandalarına məşqçilik etsə də, millilər arasında yalnız Albaniya yığmasına rəhbərlik edib (2011-2017). 2017-ci ilin sentyabrında isə İspaniyanın "Alaves" klubunda baş məşqçi işləyib. İki ay sonra isə işdən çılxarılıb.

110
Əlaqədar
Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər – Stadionları hələ unudun
Görün millimizə kim gəlir!? Əfsanənin 48 saatı var
Futbolu yarıdıb, indi də keçib biznesə
"Qarabağ"ın ulduzu "Beşiktaş"da oynaya bilər
İdman şərhçisi: “Əcnəbi məşqçi millimizə fövqəl uğur qazandırmayacaq”
 Futbolçu top ilə, arxiv şəkli

Futbol azarkeşlərinin qanını qaraldacaq xəbər Stadionları hələ unudun

4
(Yenilənib 00:12 10.07.2020)
Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

BAKI, 10 iyul – Sputnik. Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.

4
Favipiravir preparatı

Həyatınızla eksperiment aparmayın - Koronavirusu müalicə "edən" dərman təhlükəli çıxdı

0
(Yenilənib 19:07 10.07.2020)
Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib.

BAKI, 10 iyul — Sputnik. Rusiya Səhiyyə Nazirliyi tərəfindən koronavirusun müalicəsi üçün təsdiqlənən "Avifavir"in hamilə qadınlar üçün təhlükəli olduğu məlum olub. Sputnik Azərbaycan "Lenta.ru"-ya istinadən xəbər ki, bunu Qameli adına epidemiologiya və mikrobiologiya üzrə elmi-tədqiqat mərkəzinin direktoru Anatoli Altşeyn bildirib.

O, qeyd edib ki, daha əvvəl bu preparat yuxu dərmanı kimi istifadə olunub və genetik qüsurlu uşaqların doğulmasına səbəb olurdu.

Altşeyn bildirib ki, bu preparat Yaponiya istehsalı olan "Favripiravir"dən sintez olunub. Yaponiyada istehsal olunan və digər ölkələrə göndərilən dərman isə effektiv olmayıb: "Həmin dərman sintez olunub və digər adlarla buraxılıb. Bu dərman hamilə xanımlar üçün çox təhlükəlidir O, 60-cı illərdə yuxu dərmanı kimi tətbiq olunan talidomidə bənzəyir.

O, əlavə edib ki, Yaponiyada "Favipiravir" kliniki testlərdən keçirilib və onun koronavirusun müalicəsində effektiv olmadığı sübut olunub. Bu nəticələr Rusiyada da nəzərə alınmalıdır.

"Qovorit Moskva" radiostansiyası ilə qeyd edir ki, Yaponiya hökuməti bu dərmanı qrip epidemiyası üçün saxlayır və əlavə təsirlərlə bağlı açıq bazara çıxarmır.

Qeyd edək ki, Rusiya Səhiyyə Nazirliyi "Avifavir"-i mayın 30-u təsdiqləyib. Qeyd olunur ki, bu preparat Ebola hemorragik qızdırmasının müalicəsində istifadə olunub.

0